Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-707/2025 19.12.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X2, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İşin halları İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********22473 OPPO A3X markalı telefon, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ 420,96 (dörd yüz iyirmi manat, 96 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 42,10 (qırx iki manat, 10 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********82818 OPPO A3X markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ üçün 291 (iki yüz doxsan bir) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 29,10 (iyirmi doqquz manat, 10 qəpik) manat cərimə ümumilikdə 830,36 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İMEİ KODU **********22473 OPPO A3X markalı telefon, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, İMEİ KODU**********82818 OPPO A3X markalı telefon, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET M XİDMƏlTİ almış və nəticədə 830,36 (səkkiz yüz otuz manat, 36 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 450,96 (dörd yüz əlli manat, 96 qəpik) manat (12 ay x 35,08 manat + 30 manat ilkin ödəniş) olan İMEİ KODU **********22473 OPPO A3X markalı telefon, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ üçün ümumilikdə, 486,66 (dörd yüz səksən altı manat, 66 qəpik) manat olmaqla ondan, 420,96 (dörd yüz iyirmi manat, 96 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 42,10 (qırx iki manat, 10 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 311 (üç yüz on bir) manat (12 ay x 24,25 manat + 20 manat ilkin ödəniş) olan İMEİ KODU **********82818 OPPO A3X markalı telefon, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ üçün ümumilikdə, 343,70 (üç yüz qırx üç manat, 70 qəpik) manat olmaqla ondan, 291 (iki yüz doxsan bir) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 29,10 (iyirmi doqquz manat, 10 qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 50 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. İddia ərizəsinə etirazın dəlilləri İş üzrə cavabdehə rəsmi qaydada bildirişlər göndərilmiş, bildirişlərdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişləri xx.xx.2025-ci il il tarixdə qəbul etmişdir. Lakin qanunvericilikdə nəzərdə tatulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etiraz, dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim edilməmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********22473 OPPO A3X markalı telefon, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ üçün 30 manat ilkin ödəniş etməklə hər ay nağd qaydada 35,08 manat ödəməklə, 12 ay müddətinə 450,96 manata Cavabdeh satılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqavələsi əsasında satılmış İmei kod **********22473 OPPO A3X markalı mobil telefonun açılıb-bağlanılması xidmətinə görə, X1 23,60 manat pul ödənilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********82818 OPPO A3X markalı telefon, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ üçün 20 manat ilkin ödəniş etməklə hər ay nağd qaydada 24,25 manat ödəməklə, 12 ay müddətinə 311 manata Cavabdeh satılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqavələsi əsasında satılmış İmei kod **********82818 OPPO A3X markalı mobil telefonun açılıb-bağlanılması xidmətinə görə, X1 23,60 manat pul ödənilmişdir. ABC Telecom” MMC ilə X3 arasında bağlanmış Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. - Maliyyə arayışından görünür ki, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********22473 OPPO A3X markalı telefon, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ üçün 420,96 manat ödənilməmiş hissə, 42,10 manat cərimə , X1 23,60 manat olmaqla ümumilikdə 486,66 manat ödənilməmiş borcu yaranmışdır. Maliyyə arayışından görünür ki, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən isə İMEİ KODU **********82818 OPPO A3X markalı telefon, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ üçün 291 manat ödənilməmiş hissə, 29,10 manat cərimə , X1 23,60 manat olmaqla ümumilikdə 143,70 manat ödənilməmiş borcu yaranmışdır. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 600.1. alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 411-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 462.1. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.1. hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Maddə 284-5.2.cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-6.1. işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə, sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə aralarında nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********22473 OPPO A3X markalı telefon, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ üçün 420,96 manat ödənilməmiş hissə, 42,10 manat cərimə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********82818 OPPO A3X markalı telefon, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ üçün isə 291 manat ödənilməmiş hissə, 29,10 manat cərimə tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********22473 OPPO A3X markalı telefon, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ üçün cərimə məbləğləri azaldılaraq 17,0 manat, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********82818 OPPO A3X markalı telefon, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ üçün isə 12,0 manat, məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin iddianın 30.04 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən 420,96 manat ödənilməmiş hissə, 17,0 manat cərimə X1 23,60 manat , eyni tarixli müqaviləyə əsasən isə 291 manat ödənilməmiş hissə, 12 manat cərimə, X1 23,60 manat və 30,0 manat dövlət rüsumu olmaqla ümumilikdə 818,16 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 121, 2938, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən 420,96 manat ödənilməmiş hissə, 17,0 manat cərimə X1 23,60 manat , eyni tarixli müqaviləyə əsasən isə 291 manat ödənilməmiş hissə, 12 manat cərimə, X1 23,60 manat və 30,0 manat dövlət rüsumu olmaqla ümumilikdə 818,16 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(054)-707/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-707/2025
19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver