Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1002/2024 30.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab qızı, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli müqavilə üzrə 197 manat əsas borc, 100 manat cərimə borcu, cəmi 297 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1234 manat dəyərində olan məişət avadanlığını 82 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 30 manat ödəməklə nisyə şəklində almışdır. Cavabdeh tərəfindən müqaviləyə və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əməl edilməmiş, cavabdeh borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 197 manat əsas borc, 100 manat cərimə borcu, cəmi 297 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə ilkin ödəniş 82 manat olmaqla 12 ay müddətinə hər ay 96 manat ödəməklə ümumi nisyə məbləği 1234 manat olan məişət avadanlığının alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 06 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixli müqavilə üzrə 197 manat əsas borc, 100 manat cərimə borcu, cəmi 297 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 82 manat ilkin ödəniş etməklə alqısatqı qiyməti 1234 manat dəyərində olan məişət avadanlığını nisyə şəkildə almışdır. Cavabdeh müqavilə üzrə öhdəliyi tam və vaxtında icra etmədiyi üçün onun iddiaçıya xx.xx.2020-ci il tarixli müqavilə üzrə 197 manat əsas borc, 100 manat cərimə borcu, cəmi 297 manat borcu yaranmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 197 manat əsas borcu, 100 manat cərimə borcunu, cəmi 297 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 197 manat əsas borcun, 100 manat cərimə borcunun, cəmi 297 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh əsas borc, və cərimə borcunu pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 20 fevral 2020-ci il tarixli müqavilə üzrə tələb olunan 100 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 20 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 197 manat əsas borc, 20 manat cərimə borcu, cəmi 217 manat pul alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 197 manat əsas borc, 20 manat cərimə borcu, cəmi 217 (üç yüz on yeddi) manat alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1002/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1002/2024
30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver