Məhkəmə qərarları › İş №e-2(055)-1050/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1050/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1050/2024 20.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2545,41 manat əsas borc, 213,59 manat cərimə və 47,59 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2806,59 manat borcun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2024-cü il tarixli, 003-DFM-0156-24 saylı hissəli ödənişlə nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı cavabdehə şəxsi istifadə məqsədləri üçün müxtəlif əşyaları təmin etməyi (satmağı), cavabdeh isə həmin əşyaların dəyərinin müqavilədə razılaşdırılmış müddətlərdə hissəli ödənişlə İddiaçıya ödənilməsini öz öhdələrinə götürmüşlər. Müqavilə üzrə 17 fevral 2024-cü il tarixində tərəflər arasında bağlanmış təhvil-təslim aktı və qaimə əsasında 1 ədəd 3054.00 AZN (bir min iyirmi bir manat, sıfır qəpik)dəyərində məişət əşyasını (1 ədəd 1017.00 AZN dəyərində “Sep 499.585.7.02” adlı qızıl boyunbağı, 1 ədəd 1088.00 AZN dəyərində “Sırğa-üzük 643.585.7.55” adlı qızıl sırğaüzük dəsti, 1 ədəd 665.00 AZN dəyərində “Qolbağı 578.585.5.37” adlı qızıl bilərzik və 1 ədəd 284.00 AZN dəyərində “Klon 772.585.1.93” aslı qızıl klon) 12 (on iki) ay müddətinə hissəli ödəniş şərti ilə cavabdehə təmin edilmişdir (satılmışdır). Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı Əlavəyə əsasən cavabdeh 17 fevral 2024-cü il tarixindən etibarən 12 təqvim ayı müddətində hər ayın 17-si müqavilə üzrə təchiz edilmiş Mallara görə 254.00 AZN (sonuncu ayda 260.00 AZN) məbləğində ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış ardıcıl altı tarix üzrə (xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024) cavabdeh iddiaçıya hər hansı vəsait ödəməmişdir. Müqavilənin 8.8-ci yarımbəndinə uyğun olaraq mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədilə 16 iyul 2024-cü il tarixində cavabdehin rəsmi və faktiki ünvanlarına bildirişilə müraciət edilmiş və əsas borcla dəbbə pulu məbləğinin 3 (üç) iş günü ərzində tam həcmdə ödənilməsi tələb edilmişdir. Cavabdeh malları 17 fevral 2024-cü il tarixli təhvil-təslim aktı əsasında tam həcmdə, komplekt, yeni, istifadə (istismara) yararlı, müqavilə şərtlərinə, həcminə və spesifikasiyalara uyğun, lazımi keyfiyyətdə (hər hansı zədə, qüsur və ya aşınma olmadan) qəbul etmiş və müqavilənin 8.3-cü yarımbəndində müəyyən olunan 14 (on dörd) təqvim günü ərzində malların keyfiyyətinə dair hər hansı irad bildirməmişdir. Malların keyfiyyətində hər hansı qüsurun olmamasına və Satıcı tərəfindən Müqavilə üzrə hər hansı öhdəliyin pozulmamasına baxmayaraq Alıcı ödənilməli olan pul vəsaitini əsassız olaraq ödəməmiş və Müqavilə üzrə öhdəliklərini icra etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçıya 2545,41 manat əsas borc və 213,59 manat cərimə borcu olmaqla cəmi 2759 manat məbləğində borcu vardır.Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 17 fevral 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən, ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, bu müqavilə ilə iddiaçı cavabdehə şəxsi istifadə məqsədləri üçün müxtəlif əşyaları təmin etməyi (satmağı), cavabdeh isə həmin əşyaların dəyərinin müqavilədə razılaşdırılmış müddətlərdə hissəli ödənişlə İddiaçıya ödənilməsini öz öhdələrinə götürmüşlər. Müqavilə üzrə 17 fevral 2024-cü il tarixində tərəflər arasında bağlanmış təhvil-təslim aktı və qaimə əsasında 1 ədəd 3054.00 AZN (bir min iyirmi bir manat, sıfır qəpik)dəyərində məişət əşyasını (1 ədəd 1017.00 AZN dəyərində “Sep 499.585.7.02” adlı qızıl boyunbağı, 1 ədəd 1088.00 AZN dəyərində “Sırğa-üzük 643.585.7.55” adlı qızıl sırğa-üzük dəsti, 1 ədəd 665.00 AZN dəyərində “Qolbağı 578.585.5.37” adlı qızıl bilərzik və 1 ədəd 284.00 AZN dəyərində “Klon 772.585.1.93” aslı qızıl klon) 12 (on iki) ay müddətinə hissəli ödəniş şərti ilə cavabdehə təmin edilmişdir (satılmışdır). İşdə olan 16 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 17 fevral 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə 16 iyul 2024-cü il tarixə 2545,41 manat əsas borcu, 213,59 manat cərimə borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 2545,41 manat əsas borc və 213,59 manat cərimə, ümumilikdə cəmi 2759 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 17 fevral 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2545,41 manat əsas borc, 213,59 manat cərimə, cəmi 2759 manat alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 47,59 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 47,59 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 17 fevral 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2545,41 manat əsas borc, 213,59 manat cərimə, cəmi 2759 (iki min yeddi yüz əlli doqquz) manat alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 47(qırx yeddi) manat 59(əlli doqquz) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar