Məhkəmə qərarları › İş №e-2(055)-1062/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1062/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1062/2025 08.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - "xxxx" MMC) Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə, Müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 645,40 manat əsas borc, 96,80 manat cərimə borcu, cəmi 742,20 manat borcun, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 464,90 manat əsas borc, 69,70 manat cərimə borcu, cəmi 534,60 manat borcun, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 475,90 manat əsas borc, 71,30 manat cərimə borcu, cəmi 547,20 manat borcun, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 31,90 manat əsas borc, 4,70 manat cərimə borcu, cəmi 36,60 manat borcun, hər dörd müqavilə üzrə ümumilikdə 1618,10 manat əsas borc, 242,50 manat cərimə borcu, cəmi 1860,60 manat borcun və 38,60 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı telefona və saata görə ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 44 manat ödəməklə, ümumilikdə 777,40 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı telefona və qulaqlıqa görə ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 36 manat ödəməklə, ümumilikdə 644,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “LG” markalı paltaryuyana və qulaqlıqa görə ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 63 manat ödəməklə, ümumilikdə 1120,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı detektora görə ilkin ödəniş etmədən 10 ay müddətinə hər ay 8 manat ödəməklə, ümumilikdə 79,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı telefona və saata görə görə ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 44 manat ödəməklə, ümumilikdə 777,40 manat ödəmək şərti ilə qeyd olunan məhsulun alınması ilə əlaqədar iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı telefona və qulaqlıqa görə görə ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 36 manat ödəməklə, ümumilikdə 644,90 manat ödəmək şərti ilə qeyd olunan məhsulun alınması ilə əlaqədar iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “LG” markalı paltaryuyana və qulaqlıqa görə görə ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 63 manat ödəməklə, ümumilikdə 1120,90 manat ödəmək şərti ilə qeyd olunan məhsulun alınması ilə əlaqədar iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı detektora görə görə ilkin ödəniş etmədən 10 ay müddətinə hər ay 8 manat ödəməklə, ümumilikdə 79,90 manat ödəmək şərti ilə qeyd olunan məhsulun alınması ilə əlaqədar iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 13 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə üzrə 645,40 manat əsas borcu, 96,80 manat cərimə borcu, cəmi 742,20 manat borcu qalmışdır. İşdə olan 13 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə üzrə 464,90 manat əsas borcu, 69,70 manat cərimə borcu, cəmi 534,60 manat borcu qalmışdır. İşdə olan 13 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə üzrə 475,90 manat əsas borcu, 71,30 manat cərimə borcu, cəmi 547,20 manat borcu qalmışdır. İşdə olan 13 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə üzrə 31,90 manat əsas borcu, 4,70 manat cərimə borcu, cəmi 36,60 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı telefona və saata görə ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 44 manat ödəməklə, ümumilikdə 777,40 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı telefona və qulaqlıqa görə ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 36 manat ödəməklə, ümumilikdə 644,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “LG” markalı paltaryuyana və qulaqlıqa görə ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 63 manat ödəməklə, ümumilikdə 1120,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı detektora görə ilkin ödəniş etmədən 10 ay müddətinə hər ay 8 manat ödəməklə, ümumilikdə 79,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlardan görünür ki, "xxxx" MMC Cavabdeh xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 645,40 manat əsas borc, 96,80 manat cərimə borcu, cəmi 742,20 manat borcun, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 464,90 manat əsas borc, 69,70 manat cərimə borcu, cəmi 534,60 manat borcun, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 475,90 manat əsas borc, 71,30 manat cərimə borcu, cəmi 547,20 manat borcun, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 31,90 manat əsas borc, 4,70 manat cərimə borcu, cəmi 36,60 manat borcun, hər dörd müqavilə üzrə əsas borcu və cərimə borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə tələb olunan 96,80 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 65 manatadək azaldılmalıdır. Məhkəmə cavabdehdən xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə tələb olunan 69,70 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 47 manatadək azaldılmalıdır. Məhkəmə cavabdehdən xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə tələb olunan 71,30 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 48 manatadək azaldılmalıdır. Məhkəmə cavabdehdən xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə tələb olunan 4,70 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 3 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 38,60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38,60 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 645,40 manat əsas borc, 65 manat cərimə borcu, cəmi 710,40 manat borcun, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 464,90 manat əsas borc, 47 manat cərimə borcu, cəmi 511,90 manat borcun, xx.xx.2024cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 475,90 manat əsas borc, 48 manat cərimə borcu, cəmi 523,90 manat borcun, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 31,90 manat əsas borc, 3 manat cərimə borcu, cəmi 34,90 manat borcun, hər dörd müqavilə üzrə ümumilikdə 1618,10 manat əsas borc, 163 manat cərimə borcu, cəmi 1781,10 manat borc və 38,60 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 645,40 manat əsas borc, 65 manat cərimə borcu, cəmi 710,40 manat borcun, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 464,90 manat əsas borc, 47 manat cərimə borcu, cəmi 511,90 manat borcun, xx.xx.2024cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 475,90 manat əsas borc, 48 manat cərimə borcu, cəmi 523,90 manat borcun, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 31,90 manat əsas borc, 3 manat cərimə borcu, cəmi 34,90 manat borcun, hər dörd müqavilə üzrə ümumilikdə 1618,10 manat əsas borc, 163 manat cərimə borcu, cəmi 1781,10 manat borc və 38,60 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 1819,70 (bir min səkkiz yüz on doqquz manat yetmiş qəpik) manat pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar