Məhkəmə qərarları › İş №e-2(055)-1069/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1069/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1069/2024 18.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 mart 2023-cü il tarixli müqavilə üzrə 271,89 manat əsas borc, 27,11 manat cərimə və 29 dekabr 2022-ci tarixli müqavilə üzrə 163,07 manat əsas borc, 16,93 manat cərimə, hər iki müqavilə üzrə cəmi, 479 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 mart 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 31,11 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 559,98 manat olan BLENDER BRAUN MİNİ SOBA GASTRO markalı soba almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2022-ci tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 59,94 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1078,92 manat olan SAMSUNG GALAXY A53 markalı mobil telefon almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan 11 mart 2023-cü il tarixli müqavilə üzrə 271,89 manat və 29 dekabr 2022-ci tarixli müqavilə üzrə 163,07 manat, cəmi 479 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 27,11 manat və 16,93 manat, cəmi 44,04 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 11 mart 2023-cü il tarixli müqavilə üzrə 271,89 manat əsas borc, 27,11 manat cərimə və 29 dekabr 2022-ci tarixli müqavilə üzrə 163,07 manat əsas borc, 16,93 manat cərimə, cəmi 479 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 11 mart 2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 31,11 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 559,98 manat olan BLENDER BRAUN MİNİ SOBA GASTRO markalı soba alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 29 dekabr 2022-ci tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 59,94 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1078,92 manat olan SAMSUNG GALAXY A53 markalı mobil telefonin alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 06 avqust 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 11 mart 2023-cü il tarixli müqavilə üzrə 271,89 manat əsas borc, 27,11 manat cərimə və 29 dekabr 2022-ci tarixli müqavilə üzrə 163,07 manat əsas borc, 16,93 manat cərimə, ümumilikdə ödənilməmiş 479 manat borcu qalmışdır. İşdə olan 29 iyul 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 11 mart 2023-cü il tarixli və 29 dekabr 2022-ci tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 mart 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 31,11 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 559,98 manat olan BLENDER BRAUN MİNİ SOBA GASTRO markalı soba almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2022-ci tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 59,94 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1078,92 manat olan SAMSUNG GALAXY A53 markalı mobil telefon almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan 11 mart 2023-cü il tarixli müqavilə üzrə 271,89 manat və 29 dekabr 2022-ci tarixli müqavilə üzrə 163,07 manat, cəmi 479 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 27,11 manat və 16,93 manat, cəmi 44,04 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 11 mart 2023cü il tarixli müqavilə üzrə 271,89 manat əsas borc, 27,11 manat cərimə və 29 dekabr 2022-ci tarixli müqavilə üzrə 163,07 manat əsas borc, 16,93 manat cərimə, cəmi 479 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 11 mart 2023-cü il tarixli müqavilə üzrə 271,89 manat əsas borc, 27,11 manat cərimə və 29 dekabr 2022-ci tarixli müqavilə üzrə 163,07 manat əsas borc, 16,93 manat cərimə, cəmi 479 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 11 mart 2023-cü il tarixli müqaviləyə əsasən 271,89 manat əsas borc, 27,11 manat cərimə və 29 dekabr 2022-ci tarixli müqaviləyə əsasən 163,07 manat əsas borc, 16,93 manat cərimə, cəmi 479 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 11 mart 2023-cü il tarixli müqaviləyə əsasən 271,89 manat əsas borc, 27,11 manat cərimə və 29 dekabr 2022-ci tarixli müqaviləyə əsasən 163,07 manat əsas borc, 16,93 manat cərimə, cəmi 479 (dörd yüz yetmiş doqquz) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar