Məhkəmə qərarları › İş №e-2(055)-108/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-108/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-108/2024 22.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 fevral 2023-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********39966 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefon üçün 608,96 manat əsas borc, 60,04 manat cərimə, cəmi 669 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 59,58 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 714,96 manat, İMEİ kodu **********39966 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefon almışdır. Cavabdeh müqavilə üzrə cəmi 106 manat ödəniş etmişdir. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona müqavilə üzrə 60,04 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 01 fevral 2023-cü il tarixli müqavilə üzrə 608,96 manat əsas borc, 60,04 manat cərimə, cəmi 669 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 01 fevral 2023-cü il tarixli, 02113383 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 59,58 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 714,96 manat, İMEİ kodu **********39966 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 02 dekabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01 fevral 2023-cü il tarixli müqavilə üzrə 608,96 manat əsas borc, 60,04 manat cərimə, ümumilikdə ödənilməmiş 669 manat borcu qalmışdır. Cavabdeh müqavilə üzrə cəmi 106 manat ödəniş etmişdir. İşdə olan 18 noyabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 01 fevral 2023-cü il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 59,58 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 714,96 manat, İMEİ kodu **********39966 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefon almışdır. Cavabdeh müqavilə üzrə cəmi 106 manat ödəniş etmişdir. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona müqavilə üzrə 60,04 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 01 fevral 2023cü il tarixli müqavilə üzrə 608,96 manat əsas borc, 60,04 manat cərimə, cəmi 669 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 01 fevral 2023-cü il tarixli müqavilə üzrə 608,96 manat əsas borc, 60,04 manat cərimə, cəmi 669 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 01 fevral 2023-cü il tarixli müqaviləyə əsasən 608,96 manat əsas borc, 60,04 manat cərimə, cəmi 669 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 04 dekabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 01 fevral 2023-cü il tarixli müqaviləyə əsasən 608,96 manat əsas borc, 60,04 manat cərimə, cəmi 669 (altı yüz altmış doqquz) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar