Məhkəmə qərarları › İş №e-2(055)-1085/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1085/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1085/2025 01.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1133,92 manat əsas borc, 113,39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 390 manat əsas borc, 39 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 40 manat əsas borc, 4 manat cərimə, hər üç müqavilə üzrə cəmi 1720,31 manat pulun və 37,21 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 64,94 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1168,92 manat olan «HİSENSE» markalı televizor, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 30 manat manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 540 manat olan «BEKO» markalı mini soba, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 7,20 manat ilkin ödəniş etməklə 6 ay müddətinə hər ay 20 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 127,20 manat olan «HOFFMANN» markalı mini soba almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1133,92 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 390 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 40 manat, cəmi 1563,92 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 113,39 manat, 39 manat və 4 manat, cəmi 156,39 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2025-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 64,94 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1168,92 manat olan «HİSENSE» markalı televizor, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 30 manat manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 540 manat olan «BEKO» markalı mini soba, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 7,20 manat ilkin ödəniş etməklə 6 ay müddətinə hər ay 20 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 127,20 manat olan «HOFFMANN» markalı mini soba alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır İşdə olan 02 iyul 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1133,92 manat əsas borc, 113,39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 390 manat əsas borc, 39 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 40 manat əsas borc, 4 manat cərimə, ümumilikdə ödənilməmiş 1720,31 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 64,94 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1168,92 manat olan «HİSENSE» markalı televizor, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 30 manat manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 540 manat olan «BEKO» markalı mini soba, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 7,20 manat ilkin ödəniş etməklə 6 ay müddətinə hər ay 20 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 127,20 manat olan «HOFFMANN» markalı mini soba almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1133,92 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 390 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 40 manat, cəmi 1563,92 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 113,39 manat, 39 manat və 4 manat, cəmi 156,39 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1133,92 manat əsas borc, 113,39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 390 manat əsas borc, 39 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 40 manat əsas borc, 4 manat cərimə, cəmi 1720,31 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1133,92 manat əsas borc, 113,39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 390 manat əsas borc, 39 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 40 manat əsas borc, 4 manat cərimə, cəmi 1720,31 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1133,92 manat əsas borc, 113,39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 390 manat əsas borc, 39 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 40 manat əsas borc, 4 manat cərimə, cəmi 1720,31 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 37,21 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37,21 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1133,92 manat əsas borc, 113,39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 390 manat əsas borc, 39 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 40 manat əsas borc, 4 manat cərimə, cəmi 1720,31 (bir min yeddi yüz iyirmi manat otuz bir qəpik) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37,21 (otuz yeddi manat iyirmi bir qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar