Məhkəmə qərarları › İş №e-2(055)-1124/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1124/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1124/2023 29.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 may 2022-ci il tarixli müqavilə üzrə 353 manat əsas borc, 35 manat cərimə, cəmi 388 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 may 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 52 manat ödəməyi öhdəsinə götürməklə, İMEİ kodu **********63549 olan “Xiaomi Redmi 10” markalı telefon almışdır. Cavabdeh müqavilə üzrə 208 manat ödəniş etmiş, həmçinin 23 may 2022-ci il tarixli müqavilə üzrə cavabdehə verilmiş “Zəmanət + 3 il” cavabdeh tərəfindən qaytarılmış, həmin məhsul 63 manat qiymətləndirilərək cavabdehin borcundan silinmişdir. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona müqavilə üzrə 35 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 23 may 2022-ci il tarixli müqavilə üzrə 353 manat əsas borc, 35 manat cərimə, cəmi 388 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 23 may 2022-ci il tarixli, 171283 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 52 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 623,95 manat, İMEİ kodu **********63549 olan “Xiaomi Redmi 10” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 26 avqust 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23 may 2022-ci il tarixli müqavilə üzrə 353 manat əsas borc, 35 manat cərimə, ümumilikdə ödənilməmiş 388 manat borcu qalmışdır. Cavabdeh 23 may 2022-ci il tarixli müqavilə üzrə 208 manat ödəniş etmiş, həmçinin cavabdeh tərəfindən qaytarılan məhsulun dəyəri 63 manat müəyyən edilərək, ümumilikdə ödənilmiş borc 271 manat qəbul edilmişdir. İşdə olan 26 iyul 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 23 may 2022-ci il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 15 avqust 2023-cü il tarixli məktubdan görünür ki, 23 may 2022-ci il tarixli müqavilə üzrə Cavabdeh verilmiş “Zəmanət + 3 il” cavabdeh tərəfindən qaytarılmış və həmin məhsulun dəyəri 63 manat müəyyən edilərək ümumi borc məbləğindən silinmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 may 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 52 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 623,95 manat, İMEİ kodu **********63549 olan “Xiaomi Redmi 10” markalı telefon almışdır. Cavabdeh müqavilə üzrə 208 manat ödəniş etmiş, həmçinin 23 may 2022-ci il tarixli müqavilə üzrə cavabdehə verilmiş “Zəmanət + 3 il” cavabdeh tərəfindən qaytarılmış, həmin məhsul 63 manat qiymətləndirilərək cavabdehin borcundan silinmişdir. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona müqavilə üzrə 35 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 23 may 2022ci il tarixli müqavilə üzrə 353 manat əsas borc, 35 manat cərimə, cəmi 388 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 23 may 2022-ci il tarixli müqavilə üzrə 353 manat əsas borc, 35 manat cərimə, cəmi 388 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 23 may 2022-ci il tarixli müqaviləyə əsasən 353 manat əsas borc, 35 manat cərimə, cəmi 388 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 29 avqust 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 23 may 2022-ci il tarixli müqaviləyə əsasən 353 manat əsas borc, 35 manat cərimə, cəmi 388 (üç yüz səksən səkkiz) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar