Məhkəmə qərarları › İş №e-2(055)-1127/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1127/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1127/2023 28.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı pul barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2549 manat əsas borcun və 45,49 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 2999 manat məbləğində olan “Moped Moon ZX50 Black-Green”i iddiaçıdan almışdır. Cavabdeh həmin müqavilə üzrə aldığı mala görə 450 manat ilkin ödəniş olmaqla 15 ay müddətinə hər ay 169,94 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə 450 manat ödəniş etmiş, lakin edilmiş xəbərdarlığa baxmayaraq qalan 2549 manat borcu ödəməkdən yayınmışdır. Ona görə də, Cavabdeh 2549 manat borcun və 45,49 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 11 fevral 2023-cü il tarixli, ******* saylı alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 450 manat ilkin ödəniş olmaqla 15 ay müddətinə hər ay 169,94 manat olmaqla ümumi dəyəri 2999 manat məbləğində olan “Moped Moon ZX50 Black-Green”in alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan satılmış əşyaların təhvil verilməsi haqqında aktdan görünür ki, 11 fevral 2023-cü il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən 2999 manat məbləğində olan “Moped Moon ZX50 Black-Green” Cavabdeh yəhvil verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, 11 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh 450 manat ödəniş etmişdir, onun İddiaçınə 2549 manat əsas borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 2999 manat manat məbləğində olan “Moped Moon ZX50 Black-Green”i iddiaçıdan almışdır. Cavabdeh həmin müqavilə üzrə aldığı mala görə 450 manat ilkin ödəniş olmaqla 15 ay müddətinə hər ay 169,94 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə 450 manat ödəniş etmiş, lakin qalan 2549 manat borcu ödəməkdən yayınmışdır. İddiaçı 11 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 2549 manat borcun cavabdehdən tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı cavabdehdən 11 fevral 2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən 2549 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 11 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 2549 manat alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən 45,49 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45,49 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 11 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 2549 (iki min beş yüz qırx doqquz) manat alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45 (qırx beş) manat 49 (qırx doqquz) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar