Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1130/2023 10.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı pul barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 815 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 1359 manat məbləğində olan “YOSHİRO PY-50US8821G” markalı televizoru iddiaçıdan almışdır. Cavabdeh həmin müqavilə üzrə aldığı mala görə ilkin ödəniş olmadan 12 ay müddətinə, ilk 4 ay üçün hər ay 146,78 manat, növbəti 4 ay üçün hər ay 111,44 manat, sonuncu 4 ay üçün hər ay 81,54 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə 544 manat ödəniş etmiş, lakin qalan 815 manat borcu ödəməkdən yayınmışdır. Ona görə də, Cavabdeh 815 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 14 aprel 2022-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə, ilk 4 ay üçün hər ay 146,78 manat, növbəti 4 ay üçün hər ay 111,44 manat, sonuncu 4 ay üçün hər ay 81,54 manat olmaqla ümumi dəyəri 1359 manat məbləğində olan “YOSHİRO PY-50US8821G” markalı televizorun alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan satılmış əşyaların təhvil verilməsi haqqında aktdan görünür ki, 14 aprel 2022-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən 1359 manat məbləğində olan “YOSHİRO PY-50US8821G” televizor Cavabdeh yəhvil verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, 14 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh 544 manat ödəniş etmişdir, onun İddiaçınə 815 manat əsas borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 1359 manat manat məbləğində olan “YOSHİRO PY-50US8821G” markalı televizoru iddiaçıdan almışdır. Cavabdeh həmin müqavilə üzrə aldığı mala görə ilkin ödəniş olmadan 12 ay müddətinə, ilk 4 ay üçün hər ay 146,78 manat, növbəti 4 ay üçün hər ay 111,44 manat, sonuncu 4 ay üçün hər ay 81,54 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə 544 manat ödəniş etmiş, lakin qalan 815 manat borcu ödəməkdən yayınmışdır. İddiaçı 14 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 815 manat borcun cavabdehdən tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı cavabdehdən 14 aprel 2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən 815 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 14 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 815 manat alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 14 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 815 (səkkiz yüz on beş) manat alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1130/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1130/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver