Məhkəmə qərarları › İş №e-2(055)-1143/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1143/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1143/2024 03.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 iyun 2020-ci il tarixli, Y20K5851862 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 598 manat əsas borc, 179 manat cərimə, cəmi 777 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2020-ci il tarixli Y20K5851862 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan aldığı 1348 manat dəyərində “Samsung Qalaxy A71” markalı telefona görə ilkin ödəniş 100 manat olmaqla 12 ay müddətinə hər ay 104 manat, cəmi 1248 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 10 iyun 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə 50 manat ödəniş etdikdən sonra qalan 598 manat borcu ödəməkdən yayınmışdır. Cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliyini yerinə yetirmədiyindən ona gecikdirdiyi hər bir günə görə ümumilikdə 179 manat dəbbə pulu hesablanmışdır. Ona görə də Cavabdeh 10 iyun 2020-ci il tarixli Y20K5851862 saylı müqavilə üzrə 598 manat əsas borc, 179 manat dəbbə pulu, cəmi 777 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 10 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsindən, ona 1 saylı əlavədən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilə Cavabdeh iddiaçıdan aldığı 1348 manat dəyərində “Samsung Qalaxy A71” markalı telefona görə ilkin ödəniş 100 manat olmaqla 12 ay müddətinə hər ay 104 manat, cəmi 1248 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 16 avqust 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 10 iyun 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 598 manat əsas borc, 179 manat cərimə, ümumilikdə ödənilməmiş 777 manat borcun ödənilməsi tələb edilmişdir. İşdə olan 24 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 iyun 2020-ci il tarixli müqavilə üzrə 598 manat əsas borcu, 179 manat dəbbə pulu, ümumilikdə ödənilməmiş 777 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2020-ci il tarixli Y20K5851862 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan aldığı 1348 manat dəyərində “Samsung Qalaxy A71” markalı telefona görə ilkin ödəniş 100 manat olmaqla 12 ay müddətinə hər ay 104 manat, cəmi 1248 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 10 iyun 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə 50 manat ödəniş etdikdən sonra qalan 598 manat borcu ödəməkdən yayınmışdır. Cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliyini yerinə yetirmədiyindən ona gecikdirdiyi hər bir günə görə ümumilikdə 179 manat dəbbə pulu hesablanmışdır. Ona görə də İddiaçı Cavabdeh 10 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 598 manat əsas borcun və 179 manat dəbbə pulun (cərimə), ümumilikdə cəmi 777 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 598 manat əsas borc və 179 manat cərimə, ümumilikdə cəmi 777 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 10 iyun 2020-ci il tarixli Y20K5851862 saylı alqı-satqı müqaviləsi üzrə tələb olunan 179 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 59 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10 iyun 2020-ci il tarixli Y20K5851862 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 598 manat əsas borc, 59 manat cərimə, cəmi 657 manat alınaraq İddiaçınə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 21 avqust 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 10 iyun 2020-ci il tarixli Y20K5851862 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 598 manat əsas borc, 59 manat dəbbə pulu (cərimə), cəmi 657 (altı yüz əlli yeddi) manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar