Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1182/2024 02.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1081 manat əsas borc, 179 manat cərimə və 32,60 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1292,60 manat borcun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2024-cü il tarixli 002-DFM-0060-24 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1 ədəd 225 manat dəyərində “lev qaz” markalı məişət əşyası, 1 ədəd 340 manat dəyərində “Bekhara qaz peçi” markalı məişət əşyası, 1 ədəd 730 manat dəyəində “Shvaki 43 led smart” markalı məişət əşyası almış və 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 13 fevral 2024-cü tarixli müqavilə üzrə cəmi 214 manat ödəniş etmiş, ardıcıl 4 dəfə icra vaxtı çatmış ödəniş üzrə iddiaçıya heç bir vəsait ödəməmişdir. Cavabdehin ünvanına bildiriş göndərilmiş, lakin edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin müqavilə üzrə iddiaçıya 1081 manat əsas borc, 179 manat cərimə, 1260 manat borcu vardır. Ona görə də Cavabdeh 13 fevral 2024-cü il tarixli 002-DFM-0060-24 saylı müqavilə üzrə 1081 manat əsas borc, 179 manat cərimə və 32,60 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1292,60 manat borcun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh 11 sentyabr 2024-cü il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da, ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 13 fevral 2024-cü il tarixli nisyə alqı-satqı ərizə-anketdən və 09 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh onunla 1 ədəd 225 manat dəyərində “Alev qaz” markalı məişət əşyası, 1 ədəd 340 manat dəyərində “Bekhara qaz peçi” markalı məişət əşyası, 1 ədəd 730 manat dəyəində “Shvaki 43 led smart” markalı məişət əşyası almaq üçün İddiaçınə müraciət etmişdir. İşdə olan 13 fevral 2024-cü il tarixli 002-DFM-0060-24 saylı nisyə alqı-satqı müqaviləsindən, ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, bu müqavilə ilə Cavabdeh iddiaçıdan aldığı 1 ədəd 225 manat dəyərində “Alev qaz” markalı məişət əşyası, 1 ədəd 340 manat dəyərində “Bekhara qaz peçi” markalı məişət əşyası, 1 ədəd 730 manat dəyəində “Shvaki 43 led smart” markalı məişət əşyasına görə İddiaçınə 12 ay müddətinə hər ay 107 manat, sonuncu ay isə 118 manat olmaqla, cəmi 1295 manat ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən 1 ədəd 225 manat dəyərində “Alev qaz” markalı məişət əşyası, 1 ədəd 340 manat dəyərində “Bekhara qaz peçi” markalı məişət əşyası, 1 ədəd 730 manat dəyərində “Shvaki 43 led smart” markalı məişət əşyası cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. İşdə olan 09 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13 fevral 2024-cü il tarixli 002-DFM-0060-24 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə 09 avqust 2024-cü il tarixə 1081 manat əsas borcu, 178,69 manat cərimə borcu qalmışdır. İşdə olan 09 avqust 2024-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 13 fevral 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2024-cü il tarixli 002-DFM-0060-24 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1 ədəd 225 manat dəyərində “lev qaz” markalı məişət əşyası, 1 ədəd 340 manat dəyərində “Bekhara qaz peçi” markalı məişət əşyası, 1 ədəd 730 manat dəyərində “Shvaki 43 led smart” markalı məişət əşyası almış və həmin malı 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 13 fevral 2024-cü il tarixli müqavilə üzrə cəmi 214 manat ödəniş etmiş, ardıcıl 04 dəfə icra vaxtı çatmış ödəniş üzrə iddiaçıya heç bir vəsait ödəməmişdir. Cavabdehin ünvanına bildiriş göndərilmiş, lakin edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin müqavilə üzrə iddiaçıya 1081 manat əsas borc, 179 manat cərimə, cəmi 1260 manat borcu yaranmışdır. Ona görə də İddiaçı Cavabdeh 13 fevral 2024-cü il tarixli müqavilə üzrə 1081 manat əsas borc və 179 manat cərimə, ümumilikdə cəmi 1260 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh əsas borc və cərimə borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 13 fevral 2024-cü il tarixli 002-DFM-0060-24 saylı müqavilə üzrə tələb olunan 179 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 80 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13 fevral 2024-cü il tarixli 002-DFM-0060-24 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1081 manat əsas borc, 80 manat cərimə, cəmi 1161 manat alınaraq İddiaçınə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 32,60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32,60 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 13 fevral 2024-cü il tarixli 002-DFM-0060-24 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1081 manat əsas borc, 80 manat cərimə borcu, cəmi 1161 (min yüz altmış bir manat) alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32,60 (otuz iki manat altmış qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1182/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1182/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver