Məhkəmə qərarları › İş №e-2(055)-1203/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1203/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1203/2023 27.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, 140491 saylı müqavilə üzrə 72.30 manat əsas borc, 7.70 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 03741638 saylı müqavilə üzrə 283.36 manat əsas borc, 28.64 manat cərimə borcu, hər iki müqavilə üzrə cəmi 392 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 140491 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 319.80 manat dəyərində olan «Bosch» markalı mobil telefonu, xx.xx.2022.-ci il tarixli, 03741638 saylı müqaviləyə əsasən isə alqı-satqı qiyməti 300.06 manat dəyərində olan “Bosch” markalı ətçəkəni nisyə şəklində almışdır. Cavabdeh tərəfindən müqavilələrə və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əməl edilməmiş, cavabdeh borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh xx.xx.2021-ci il tarixli, 140491 saylı müqavilə üzrə 72.30 manat əsas borc, 7.70 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 03741638 saylı müqavilə üzrə 283.36 manat əsas borc, 28.64 manat cərimə borcu, hər iki müqavilə üzrə cəmi 392 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2021-ci il tarixli, 140491 saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 12 ay müddətinə hər ay 26.50 manat ödəməklə ümumi nisyə məbləği 319.80 manat olan mobil telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 03741638 saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 18 ay müddətinə hər ay 16.67 manat ödəməklə ümumi nisyə məbləği 300.06 manat olan ətçəkənin alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 08 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli, 140491 saylı müqavilə üzrə 72.30 manat əsas borc, 7.70 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 03741638 saylı müqavilə üzrə 283.36 manat əsas borc, 28.64 manat cərimə, hər iki müqavilə üzrə cəmi 392 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 140491 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 319.80 manat dəyərində mobil telefonu, həmçinin xx.xx.2022-ci il tarixli, 03741638 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən isə 300.06 manat dəyərində mobil telefonu nisyə şəkildə almışdır. Cavabdeh müqavilə üzrə öhdəliyi tam və vaxtında icra etmədiyi üçün onun iddiaçıya xx.xx.2021-ci il tarixli, 140491 saylı müqavilə üzrə 72.30 manat əsas borc, 7.70 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 03741638 saylı müqavilə üzrə 283.36 manat əsas borc, 28.64 manat cərimə, hər iki müqavilə üzrə cəmi 392 manat borcu yaranmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2021-ci il tarixli, 140491 saylı müqavilə üzrə 72.30 manat əsas borcu, 7.70 manat cərimə borcunu, xx.xx.2022-ci il tarixli, 03741638 saylı müqavilə üzrə 283.36 manat əsas borcu, 28.64 manat cərimə borcunu, hər iki müqavilə üzrə cəmi 392 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2021-ci il tarixli, 140491 saylı müqavilə üzrə 72.30 manat əsas borcun, 7.70 manat cərimə borcunun, xx.xx.2022-ci il tarixli, 03741638 saylı müqavilə üzrə 283.36 manat əsas borcun, 28.64 manat cərimə borcunun, hər iki müqavilə üzrə cəmi 392 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 140491 saylı müqavilə üzrə 72.30 manat əsas borc, 7.70 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 03741638 saylı müqavilə üzrə 283.36 manat əsas borc, 28.64 manat cərimə borcu, hər iki müqavilə üzrə cəmi 392 manat pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 140491 saylı müqavilə üzrə 72.30 manat əsas borc, 7.70 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 03741638 saylı müqavilə üzrə 283.36 manat əsas borc, 28.64 manat cərimə borcu, hər iki müqavilə üzrə cəmi 392(üç yüz doxsan iki) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30(otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar