Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1203/2024 18.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 241.58 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 271.58 manat pulun alınıb iddaiçı İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 mart 2021-ci il tarixli, 145 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1.00 hektar topraq sahəsində pambıq əkib-becərməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Pambığın əkilməsi üçün iddiaçı tərəfindən cavabdehə pambığın becərilməsinə və avans olaraq ödənilmiş 617.24 manat, 38 manat məbləğində birinci şum, 24 manat məbləğində tandem disk çəkmə, 17 manat məbləğində mala çəkmə, 14 manat məbləğində çiyid səpini, 16 manat məbləğində kultivasiya, 17 manat məbləğində gübrə ilə kultivasiya, 52 manat məbləğində dərman səpini, 60 manat məbləğində maşınla birinci üz pambıq yığımı, 251.24 manat məbləğində gübrə/dərman, 128 manat məbləğində çiyid toxumu, həmçinin əvvəlki ildən qalan 521.30 manat borcu nəzərə alınmaqla, ümumilikdə 1138.54 manat məbləğində işlər görülmüş, avans verilmiş və xidmətlər göstərilmişdir. Müqaviləyə əsasən cavabdeh götürdüyü vəsaiti xam pambıqla ödəməklə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə iddiaçıdan almalı idi. Lakin mövsüm başa çatsa da, cavabdeh 896.69 manat məbləğində xam pambıq təhvil vermiş, iddiaçıya 241.58 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh 241.58 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 11 mart 2021-ci il tarixli, 145 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh 1.00 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan məktubdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş və məktubda məhsul yığımının başa çatandan sonra cavabdehin 11 mart 2021-ci il tarixli, 145 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 241.58 manat borcunun qalması göstərilmiş və qısa müddətə borcun ödənilməsi cavabdehdən xahiş olunmuşdur. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 mart 2021-ci il tarixli, 145 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1.00 hektar topraq sahəsində pambıq əkib-becərməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Pambığın əkilməsi üçün iddiaçı tərəfindən cavabdehə pambığın becərilməsinə və avans olaraq ödənilmiş 617.24 manat, 38 manat məbləğində birinci şum, 24 manat məbləğində tandem disk çəkmə, 17 manat məbləğində mala çəkmə, 14 manat məbləğində çiyid səpini, 16 manat məbləğində kultivasiya, 17 manat məbləğində gübrə ilə kultivasiya, 52 manat məbləğində dərman səpini, 60 manat məbləğində maşınla birinci üz pambıq yığımı, 251.24 manat məbləğində gübrə/dərman, 128 manat məbləğində çiyid toxumu, həmçinin əvvəlki ildən qalan 521.30 manat borcu nəzərə alınmaqla, ümumilikdə 1138.54 manat məbləğində işlər görülmüş, avans verilmiş və xidmətlər göstərilmişdir.Müqaviləyə əsasən cavabdeh götürdüyü vəsaiti xam pambıqla ödəməklə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə iddiaçıdan almalı idi. Lakin mövsüm başa çatsa da, cavabdeh 896.69 manat məbləğində xam pambıq təhvil vermiş, bununla da iddiaçıya 241.58 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Ona görə də İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 mart 2021-ci il tarixli, 145 nömrəli alqı-satqı müqaviləsinə əsaslanaraq Cavabdeh 241.58 manat məbləğində borcun alınmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı 11 mart 2021-ci il tarixli, 145 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh 241.58 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 11 mart 2021-ci il tarixli, 145 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 241.58 manat məbləğində borc alınaraq İddiaçınə ödənilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 241.58 manat məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 271(iki yüz yetmiş bir) manat, 58(əlli səkkiz) qəpik pul alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1203/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1203/2024
18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver