Məhkəmə qərarları › İş №e-2(055)-1210/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1210/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1210/2023 30.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 iyun 2021-ci il tarixli müqavilə üzrə 196,75 manat əsas borc, 19,25 manat cərimə və 02 iyul 2021-ci il tarixli müqavilə üzrə 88,20 manat əsas borc, 8,80 manat cərimə, cəmi 313 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 17,90 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 322,20 manat olan “HOFFMAN SİAC” markalı səsucaldıcı almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 92,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1661,40 manat olan “HOFFMAN SİAC” markalı kondisioner almışdır. 02 iyul 2021-ci il tarixli müqavilə üzrə cavabdehə verilmiş “HOFFMAN SİAC” markalı kondisioner 23 yanvar 2022-ci il tarixdə cavabdeh tərəfindən qaytarılmış, həmin məhsul 1573,20 manat qiymətləndirilərək cavabdehin borcundan silinmişdir. 02 iyul 2021-ci il tarixli müqavilə üzrə cavabdeh heç bir ödəniş etməmiş, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət, yəni 1573,20 manat cavabdehin borcundan silinmişdir. Cavabdeh 05 iyun 2021-ci il tarixli müqavilə cəmi 125,45 manat ödəniş etmişdir. Lakin cavabdeh iddiaçıya ödənilməmiş qalan 05 iyun 2021-ci il tarixli müqavilə üzrə 196,75 manat və 02 iyul 2021-ci il tarixli müqavilə üzrə 88,20 manat, cəmi 284,95 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 19,25 manat və 8,80 manat, cəmi 28,05 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 05 iyun 2021-ci il tarixli müqavilə üzrə 196,75 manat əsas borc, 19,25 manat cərimə və 02 iyul 2021-ci il tarixli müqavilə üzrə 88,20 manat əsas borc, 8,80 manat cərimə, cəmi 313 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 05 iyun 2021-ci il tarixli, 23119831 saylı müqavilədən və ona əlavədən görünür ki, bu ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 17,90 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 322,20 manat olan “HOFFMAN SİAC” markalı səsucaldıcı alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 02 iyul 2021-ci il tarixli, 23189569 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 92,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1661,40 manat olan “HOFFMAN SİAC” markalı kondisionerin alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 20 sentyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05 iyun 2021-ci il tarixli müqavilə üzrə 196,75 manat əsas borc, 19,25 manat cərimə və 02 iyul 2021-ci il tarixli müqavilə üzrə 88,20 manat əsas borc, 8,80 manat cərimə, ümumilikdə ödənilməmiş 313 manat borcu qalmışdır. Cavabdeh 05 iyun 2021-ci il tarixli müqavilə üzrə cəmi 125,45 manat ödəniş etmiş, 02 iyul 2021-ci il tarixli müqavilə üzrə cavabdeh “HOFFMAN SİAC” markalı kondisionerdən imtina etmiş, həmin məhsul 1573,20 manat qiymətləndirilərək cavabdehin borcundan silinmişdir. İşdə olan 16 avqust 2023-cü il tarixli xəbərdarlıqdan və 09 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 05 iyun 2021-ci il tarixli və 02 iyul 2021-ci il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 17,90 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 322,20 manat olan “HOFFMAN SİAC” markalı səsucaldıcı almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 92,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1661,40 manat olan “HOFFMAN SİAC” markalı kondisioner almışdır. 02 iyul 2021-ci il tarixli müqavilə üzrə cavabdehə verilmiş “HOFFMAN SİAC” markalı kondisioner cavabdeh tərəfindən qaytarılmış, həmin məhsul 1573,20 manat qiymətləndirilərək cavabdehin borcundan silinmişdir. 02 iyul 2021-ci il tarixli müqavilə üzrə cavabdeh heç bir ödəniş etməmiş, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət, yəni 1573,20 manat cavabdehin borcundan silinmişdir. Cavabdeh 02 iyul 2021-ci il tarixli müqavilə cəmi 125,45 manat ödəniş etmişdir. Lakin cavabdeh iddiaçıya ödənilməmiş qalan 05 iyun 2021-ci il tarixli müqavilə üzrə 196,75 manat və 02 iyul 2021-ci il tarixli müqavilə üzrə 88,20 manat, cəmi 284,95 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 19,25 manat və 8,80 manat, cəmi 28,05 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 05 iyun 2021-ci il tarixli müqavilə üzrə 196,75 manat əsas borc, 19,25 manat cərimə və 02 iyul 2021-ci il tarixli müqavilə üzrə 88,20 manat əsas borc, 8,80 manat cərimə, cəmi 313 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 05 iyun 2021-ci il tarixli müqavilə üzrə 196,75 manat əsas borc, 19,25 manat cərimə və 02 iyul 2021-ci il tarixli müqavilə üzrə 88,20 manat əsas borc, 8,80 manat cərimə, cəmi 313 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 05 iyun 2021-ci il tarixli müqaviləyə əsasən 196,75 manat əsas borc, 19,25 manat cərimə və 02 iyul 2021-ci il tarixli müqaviləyə əsasən 88,20 manat əsas borc, 8,80 manat cərimə, cəmi 313 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 21 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 05 iyun 2021-ci il tarixli müqaviləyə əsasən 196,75 manat əsas borc, 19,25 manat cərimə və 02 iyul 2021-ci il tarixli müqaviləyə əsasən 88,20 manat əsas borc, 8,80 manat cərimə, cəmi 313 (üç yüz on üç) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar