Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1237/2025 03.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 ogluna qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 ogluna qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31 oktyabr 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 1320 manat əsas borcun, 132 manat cərimənin, cəmi 1452 manat ümumu borcun və 34,52 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh X1 oglu arasında bağlanmış 31 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 120 manat ilkin ödəniş etməklə və 12 ay müddətinə hər ay 110 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1452 manat olan Model: PLAYSTATİON 5 SLİM markalı telefon almışdır. Lakin cavabdeh X1 oglu müqavilə üzrə cəmi 120 manat ödəniş etmiş, qalan ödənişləri etməmiş və nəticədə 31 oktyabr 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 1320 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 132 manat cərimə hesablanmışdır. Ona görə də cavabdeh X1 oglundan 31 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 1320 manat əsas borc, 132 manat cərimə və 34,52 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 31 oktyabr 2024-cü il tarixli, ********* saylı müqavilədən və ona əlavədən görünür ki, 120 manat ilkin ödəniş etməklə və hər ay 110 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1440 manat olan Model: PLAYSTATİON 5 SLİM markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" MMC ilə cavabdeh X1 oglu arasında bağlanmışdır. İşdə olan 18 iyul 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 31 oktyabr 2024-cü il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 29 iyul 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh X1 oglunın 31 oktyabr 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 1320 manat əsas borc, 132 manat cərimə borcu vardır. X1 oglu müqavilə üzrə 120 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh X1 oglu arasında bağlanmış 31 oktyabr 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olaraq 120 manat ödəməklə və 12 ay müddətinə hər ay 110 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1440 manat olan Model: PLAYSTATİON 5 SLİM markalı telefon almışdır. Lakin cavabdeh X1 oglu müqavilə üzrə cəmi 120 manat ödəniş etmiş, qalan ödənişləri etməmiş və nəticədə 31 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 1320 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 132 manat cərimə hesablanmışdır. Ona görə də cavabdeh X1 oglundan 31 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 1320 manat əsas borc, 132 manat cərimə və 34,52 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" MMC cavabdeh X1 oglundan 31 oktyabr 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 1320 manat əsas borcun, 132 manat cərimənin, cəmi 1452 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 132 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 66 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdeh X1 oglundan 31 oktyabr 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 1320 manat əsas borc, 66 manat cərimə, cəmi 1386 manat borc alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 31 iyul 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 34,53 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34,52 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 oglundan 31 oktyabr 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 1320 manat əsas borc, 66 manat cərimə, cəmi 1386 (bir min üc yüz səksən altı) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34 (otuz dörd manat) manat 52 (əlli iki) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1237/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1237/2025
03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver