Məhkəmə qərarları › İş №e-2(055)-1247/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1247/2023

04.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1247/2023 04.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 mart 2022-ci il tarixli müqavilə üzrə 236,40 manat əsas borc, 23,60 manat cərimə, 13 mart 2022-ci il tarixli digər müqavilə üzrə 235,80 manat əsas borc, 23,20 manat cərimə və 27 mart 2022-ci il tarixli müqavilə üzrə 700.20 manat əsas borc, 70,80 manat cərimə, cəmi 1290 manat pulun və 32,90 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 mart 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 39,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 471,60 manat, İMEİ kodu **********41739 olan “Samsung Galaxy A03” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 mart 2022-ci il tarixli digər müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 39,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 471,60 manat, İMEİ kodu **********83350 olan “Samsung Galaxy A03” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 mart 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 38,90 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 700,20 manat olan “HOFFMAN” markalı paltaryuyan almışdır. Lakin Cavabdeh 13 mart 2022-ci il tarixli və 27 mart 2022-ci il tarixli müqavilələr üzrə ümumilikdə 471 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 13 mart 2022-ci il tarixli müqavilə üzrə 236,40 manat, 13 mart 2022-ci il tarixli digər müqavilə üzrə 235,80 manat və 27 mart 2022-ci il tarixli müqavilə üzrə 700.20 manat, cəmi 1172,40 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 23,60 manat, 23,20 manat və 70,80 manat, cəmi 117,60 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 13 mart 2022-ci il tarixli müqavilə üzrə 236,40 manat əsas borc, 23,60 manat cərimə, 13 mart 2022-ci il tarixli digər müqavilə üzrə 235,80 manat əsas borc, 23,20 manat cərimə və 27 mart 2022-ci il tarixli müqavilə üzrə 700.20 manat əsas borc, 70,80 manat cərimə, cəmi 1290 manat pulun və 32,90 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 13 mart 2022-ci il tarixli, 03101560 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 39,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 471,60 manat, İMEİ kodu **********83350 olan “Samsung Galaxy A03” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 13 mart 2022-ci il tarixli, 03101559 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 39,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 471,60 manat, İMEİ kodu **********41739 olan “Samsung Galaxy A03” markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 27 mart 2022-ci il tarixli, 03851566 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 38,90 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 700,20 manat olan “HOFFMAN” markalı paltaryuyanın alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 25 sentyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13 mart 2022-ci il tarixli müqavilə üzrə 235,80 manat əsas borc, 23,20 manat cərimə, 27 mart 2022-ci il tarixli müqavilə üzrə 700.20 manat əsas borc, 70,80 manat cərimə və 13 mart 2022-ci il tarixli digər müqavilə üzrə 236,40 manat əsas borc, 23,60 manat cərimə, ümumilikdə ödənilməmiş 1290 manat borcu qalmışdır. Cavabdeh 13 mart 2022-ci il tarixli müqavilələr üzrə müvafiq olaraq 235,80 manat və 235,20 manat ödəniş etmiş, 27 mart 2022-ci il tarixli müqavilə üzrə isə heç bir ödəniş etməmişdir. İşdə olan 07 sentyabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 13 mart 2022-ci il tarixli və 27 mart 2022-ci il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 mart 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 39,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 471,60 manat, İMEİ kodu **********41739 olan “Samsung Galaxy A03” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 mart 2022-ci il tarixli digər müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 39,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 471,60 manat, İMEİ kodu **********83350 olan “Samsung Galaxy A03” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 mart 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 38,90 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 700,20 manat olan “HOFFMAN” markalı paltaryuyan almışdır. Lakin Cavabdeh 13 mart 2022-ci il tarixli və 27 mart 2022-ci il tarixli müqavilələr üzrə ümumilikdə 471 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 13 mart 2022-ci il tarixli müqavilə üzrə 236,40 manat, 13 mart 2022-ci il tarixli digər müqavilə üzrə 235,80 manat və 27 mart 2022-ci il tarixli müqavilə üzrə 700.20 manat, cəmi 1172,40 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 23,60 manat, 23,20 manat və 70,80 manat, cəmi 117,60 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 13 mart 2022-ci il tarixli müqavilə üzrə 236,40 manat əsas borc, 23,60 manat cərimə, 13 mart 2022-ci il tarixli digər müqavilə üzrə 235,80 manat əsas borc, 23,20 manat cərimə və 27 mart 2022-ci il tarixli müqavilə üzrə 700.20 manat əsas borc, 70,80 manat cərimə, cəmi 1290 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 13 mart 2022-ci il tarixli müqavilə üzrə 236,40 manat əsas borc, 23,60 manat cərimə, 13 mart 2022-ci il tarixli müqavilə üzrə 235,80 manat əsas borc, 23,20 manat cərimə və 27 mart 2022-ci il tarixli müqavilə üzrə 700.20 manat əsas borc, 70,80 manat cərimə, cəmi 1290 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 13 mart 2022-ci il tarixli müqaviləyə əsasən 236,40 manat əsas borc, 23,60 manat cərimə, 13 mart 2022-ci il tarixli digər müqaviləyə əsasən 235,80 manat əsas borc, 23,20 manat cərimə və 27 mart 2022-ci il tarixli müqaviləyə əsasən 700.20 manat əsas borc, 70,80 manat cərimə, cəmi 1290 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 26 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 32,90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32,90 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 13 mart 2022-ci il tarixli müqaviləyə əsasən 236,40 manat əsas borc, 23,60 manat cərimə, 13 mart 2022-ci il tarixli digər müqaviləyə əsasən 235,80 manat əsas borc, 23,20 manat cərimə və 27 mart 2022-ci il tarixli müqaviləyə əsasən 700.20 manat əsas borc, 70,80 manat cərimə, cəmi 1290 (bir min iki yüz doxsan) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32 (otuz iki) manat 90 (doxsan) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar