Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1262/2023 20.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 iyun 2022-ci il tarixli müqavilə üzrə 851,04 manat əsas borc, 85,96 manat cərimə, 30 iyun 2022-ci il tarixli digər müqavilə üzrə 43 manat əsas borc, 4 manat cərimə və 24 fevral 2022-ci il tarixli müqavilə üzrə 573,40 manat əsas borc, 57,60 manat cərimə, cəmi 1615 manat pulun və 36,15 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 50 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 70,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 901,04 manat, İMEİ kodu **********69391 olan “Samsung Galaxy A53” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2022-ci il tarixli digər müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 10 ay müddətinə hər ay 5,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 53 manat olan “Samsung 25W Charger” almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 100 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 71,70 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 960,40 manat olan “Samsung Galaxy A52” markalı, İMEİ kodu **********53776 olan telefon almışdır. Lakin Cavabdeh 30 iyun 2022-ci il tarixli və 24 fevral 2022-ci il tarixli müqavilələr üzrə ümumilikdə 447 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 30 iyun 2022-ci il tarixli müqavilə üzrə 851,04 manat, 30 iyun 2022-ci il tarixli digər müqavilə üzrə 43 manat və 24 fevral 2022-ci il tarixli müqavilə üzrə 573,40 manat, cəmi 1467,44 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 85,96 manat, 4 manat və 57,60 manat, cəmi 147,56 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 30 iyun 2022-ci il tarixli müqavilə üzrə 851,04 manat əsas borc, 85,96 manat cərimə, 30 iyun 2022-ci il tarixli digər müqavilə üzrə 43 manat əsas borc, 4 manat cərimə və 24 fevral 2022-ci il tarixli müqavilə üzrə 573,40 manat əsas borc, 57,60 manat cərimə, cəmi 1615 manat pulun və 36,15 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 30 iyun 2022-ci il tarixli, 04801573 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 50 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 70,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 901,04 manat, İMEİ kodu **********69391 olan “Samsung Galaxy A53” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 30 iyun 2022-ci il tarixli, 04801574 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 10 ay müddətinə hər ay 5,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 53 manat olan “Samsung 25W Charger” alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 24 fevral 2022-ci il tarixli, ******* saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 100 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 71,70 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 960,40 manat olan “Samsung Galaxy A52” markalı, İMEİ kodu **********53776 olan telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 29 sentyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30 iyun 2022-ci il tarixli müqavilə üzrə 851,04 manat əsas borc, 85,96 manat cərimə, 24 fevral 2022-ci il tarixli müqavilə üzrə 573,40 manat əsas borc, 57,60 manat cərimə və 30 iyun 2022-ci il tarixli digər müqavilə üzrə 43 manat əsas borc, 4 manat cərimə, ümumilikdə ödənilməmiş 1615 manat borcu qalmışdır. Cavabdeh 30 iyun 2022-ci il tarixli müqavilələr üzrə müvafiq olaraq 50 manat və 10 manat ödəniş etmiş, 24 fevral 2022-ci il tarixli müqavilə üzrə 387 manat ödəniş etmişdir. İşdə olan 13 sentyabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 30 iyun 2022-ci il tarixli və 24 fevral 2022-ci il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 50 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 70,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 901,04 manat, İMEİ kodu **********69391 olan “Samsung Galaxy A53” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2022-ci il tarixli digər müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 10 ay müddətinə hər ay 5,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 53 manat olan “Samsung 25W Charger” almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 100 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 71,70 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 960,40 manat olan “Samsung Galaxy A52” markalı, İMEİ kodu **********53776 olan telefon almışdır. Lakin Cavabdeh 30 iyun 2022-ci il tarixli və 24 fevral 2022-ci il tarixli müqavilələr üzrə ümumilikdə 447 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 30 iyun 2022-ci il tarixli müqavilə üzrə 851,04 manat, 30 iyun 2022-ci il tarixli digər müqavilə üzrə 43 manat və 24 fevral 2022-ci il tarixli müqavilə üzrə 573,40 manat, cəmi 1467,44 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 85,96 manat, 4 manat və 57,60 manat, cəmi 147,56 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 30 iyun 2022-ci il tarixli müqavilə üzrə 851,04 manat əsas borc, 85,96 manat cərimə, 30 iyun 2022-ci il tarixli digər müqavilə üzrə 43 manat əsas borc, 4 manat cərimə və 24 fevral 2022-ci il tarixli müqavilə üzrə 573,40 manat əsas borc, 57,60 manat cərimə, cəmi 1615 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 30 iyun 2022-ci il tarixli müqavilə üzrə 851,04 manat əsas borc, 85,96 manat cərimə, 30 iyun 2022-ci il tarixli müqavilə üzrə 43 manat əsas borc, 4 manat cərimə və 24 fevral 2022-ci il tarixli müqavilə üzrə 573,40 manat əsas borc, 57,60 manat cərimə, cəmi 1615 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 30 iyun 2022-ci il tarixli müqaviləyə əsasən 851,04 manat əsas borc, 85,96 manat cərimə, 30 iyun 2022-ci il tarixli digər müqaviləyə əsasən 43 manat əsas borc, 4 manat cərimə və 24 fevral 2022-ci il tarixli müqaviləyə əsasən 573,40 manat əsas borc, 57,60 manat cərimə, cəmi 1615 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 30 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 36,15 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36,15 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 30 iyun 2022-ci il tarixli müqaviləyə əsasən 851,04 manat əsas borc, 85,96 manat cərimə, 30 iyun 2022-ci il tarixli digər müqaviləyə əsasən 43 manat əsas borc, 4 manat cərimə və 24 fevral 2022-ci il tarixli müqaviləyə əsasən 573,40 manat əsas borc, 57,60 manat cərimə, cəmi 1615 (bir min altı yüz on beş) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 (otuz altı) manat 15 (on beş) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1262/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1262/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver