Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1263/2023 28.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5571,72 manat borcun və ödənilmiş 75,72 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Saatlı filialı ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2020-ci il tarixli, 89 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 22 hektar topraq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Pambığın əkilməsi üçün iddiaçı tərəfindən cavabdehə avans olaraq 7480 manat verilmiş, 572 manat məbləğində çöp doğrama, 2159,70 manat məbləğində şum, 182,75 manat məbləğində diskli mala, 333,20 manat məbləğində Şirvan malası, 56 manat məbləğində kanal çəkmə, 206,40 manat məbləğində çiyid səpini, 1320,80 manat məbləğində kultivasiya, 451 manat məbləğində dərman səpini, 18 manat məbləğində pambıq kolunun ucunun vurulması, 480 manat məbləğində yanacaq xərci, 2400 manat məbləğində pambığın maşınla yığımı, 4466,72 manat məbləğində gübrə, 1357,80 manat məbləğində dərman, 1521,90 manat məbləğində çiyid, 2019-cu il mövsümündən ödənilməmiş 7349,27 manat, ümumilikdə 30355,54 manat dəyərində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Müqaviləyə əsasən cavabdeh götürdüyü vəsaiti xam pambıqla ödəməklə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə iddiaçıdan almalı idi. Lakin mövsüm başa çatsa da, cavabdeh 39075,11 kq, 24783,82 manat məbləğində xam-pambıq təhvil vermiş, iddiaçıya 5571,72 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh 5571,72 manat borcun və ödənilmiş 75,72 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məlum olmayan səbəbdən məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında əslinə baxış keçirilmiş 14 yanvar 2020-ci il tarixli, 89 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, bu müqavilə cavabdeh tərəfindən 22 hektar torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi ilə bağlı İddiaçı Saatlı filialı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 14 aprel 2020-ci, 30 aprel 2020-ci, 21 may 2020-ci, 03 iyun 2020-ci, 03 iyul 2020-ci, 14 avqust 2020-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh bank hesabına ümumilikdə 7480 manat vəsait köçürülmüşdür. İşdə olan və məhkəmə iclasında elan olunmuş 05 yanvar 2021-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki, İddiaçı tərəfindən cavabdehə cəmi 8179,85 manat məbləğində aqrotexniki xidmətlər göstərilmiş, cəmi 7480 manat məbləğində avans vəsait verilmiş, cəmi 5824,52 manat məbləğində dərman, gübrə, azot və pestisitlər, cəmi 1521,90 manat məbləğində əkin üçün toxumluq çiyid verilmiş, həmçinin cavabdehin 2019-cu il pambıq mövsümündən 7349,27 manat qalıq borcu qalmışdır. Cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 24783,82 manat dəyərində xam pambıq təhvil verilmiş, lakin 5571,72 manat ödənilməmiş qalmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 18 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh məktub göndərilmiş və məktubda məhsul yığımını başa çatandan sonra cavabdehin 14 yanvar 2020-ci il tarixli, 89 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçınə 5571,72 manat borcunun qalması göstərilmiş və qısa müddətə borcun ödənilməsi cavabdehdən xahiş olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən olundu ki, İddiaçı Saatlı filialı ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2020-ci il tarixli, 89 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 22 hektar topraq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götümüşdür. Pambığın əkilməsi üçün iddiaçı tərəfindən cavabdehə ümumilikdə 30355,54 manat dəyərində avans vəsait verilmiş və xidmətlər göstərilmişdir. Müqaviləyə əsasən cavabdeh götürdüyü vəsaiti xam pambıqla ödəməklə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə iddiaçıdan almalı idi. Lakin mövsüm başa çatsa da, cavabdeh 39075,11 kq, 24783,82 manat məbləğində xam-pambıq təhvil vermiş, müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə iddiaçıya 5571,72 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də İddiaçı Cavabdeh 5571,72 manat məbləğində borcun alınmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 5571,72 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5571,72 manat alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 11 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 75,71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia ərizəsində ödənilmiş 75,72 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasını tələb etsə də, 11 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu 75,71 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 75,71 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5571 (beş min beş yüz yetmiş bir) manat 72 (yetmiş iki) qəpik alınıb İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 75 (yetmiş beş) manat 71 (yetmiş bir) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1263/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1263/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver