Məhkəmə qərarları › İş №e-2(055)-1283/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1283/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1283/2024 29.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 noyabr 2022-ci il tarixli müqavilə üzrə 145 manat əsas borcun, 2.20 manat məktub pulunun, 30 manat ödənilmiş dövlət rüsumunun, 0.40 manat bank xidmət haqqının cavabdehlərdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında bağlanmış 12 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 70 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 65 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 850 manat olan bir ədəd “BİRYUSA M139” markalı telefon almışdır. Lakin cavabdeh ödənilməmiş qalan 145 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Ona görə də, iddia tələbinin təmin barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh X2 rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 12 noyabr 2022-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə 70 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 65 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 850 manat olan bir ədəd “BİRYUSA M139” markalı telefonun alınması ilə əlaqədar iddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı ilə cavabdeh X3 arasında bağlanmışdır. İşdə olan MA695 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 12 noyabr 2022-ci il tarixli müqavilə üzrə ümumilikdə 145 manat ödənilməmiş borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunanlardan görünür ki, iddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı cavabdeh X1 12 noyabr 2022-ci il tarixli müqavilə üzrə 145 manat əsas borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 145 manat əsas borc alınaraq iddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı və 2.20 manat məktub pulu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 145 (bir yüz qırx beş) manat əsas borc alınaraq iddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı və 2.20 manat məktub pulu, cəmi 32.60 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq alınaraq iddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar