Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1284/2025 18.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 aprel 2023-cü il tarixli, №03915259 saylı müqavilə üzrə 187,66 manat əsas borcun, 18,77 manat cərimənin və 09 iyun 2023-cü il tarixli, №1943862 saylı müqavilə üzrə 132,45 manat əsas borcun, 13,25 manat cərimənin, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat məbləğin, cəmi 375,72 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2023-cü il və 09 iyun 2023-cü il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan 24 ay müddətinə hər ay 26.34 manat və 18 ay müddətinə 44.86 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri xidmət və zəmanətlərlə birlikdə 1494,64 manat olan İMEİ KODU **********08006 “SAMSUG GALAXY A24” markalı telefon və “HOFFMANN” markalı soyuducu almışdır. Lakin Cavabdeh müqavilələr üzrə tam ödəniş etməmiş və nəticədə 21 aprel 2023-cü il tarixli, №03915259 saylı müqavilə üzrə 187,66 manat əsas borc və 09 iyun 2023-cü il tarixli, №1943862 saylı müqavilə üzrə isə 132,45 manat əsas borc olmaqla cəmi 320,11 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqavilənin 3.4 və 3.5-ci bəndlərinə əsasən İMEİ KODU **********08006 “SAMSUG GALAXY A24” markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 18,77 manat və 13.25 manat, cəmi 32,01 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 21 aprel 2023-cü il tarixli müqavilə üzrə 187,66 manat əsas borc, 18,77 manat cərimə, 09 iyun 2023-cü il tarixli müqavilə üzrə 132,45 manat əsas borc, 13,25 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 21 aprel 2023-cü il tarixli, №03915259 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 24 ay müddətinə hər ay 26.34 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 632,16 manat olan “HOFFMANN” markalı soyuducu alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 09 iyun 2023-cü il tarixli, №1943862 saylı, müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 55 manat ilkin ödəniş ödənilməklə 18 ay müddətinə hər ay 44,86 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 862,48 manat olan əsasən İMEİ KODU **********08006 “SAMSUG GALAXY A24” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan İnnovativ Layihələr Mərkəzinin 04 avqust 2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh müqavilə əsasında satılmış əsasən İMEİ KODU **********08006 “SAMSUG GALAXY A24” markalı markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23,60 manat məbləğ ödənilmişdir. İşdə olan 21 iyul 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 09 iyun 2023-cü il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 07 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21 aprel 2023-cü il tarixli müqavilə üzrə 187,66 manat əsas borc, 18,77 manat cərimə və 09 iyun 2023-cü il tarixli müqavilə üzrə 132,45 manat əsas borc, 13,25 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə 23.60 manat ödənilmiş məbləg, ümumilikdə 375,72 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2023-cü il tarixli, №03915259 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 24 ay müddətinə hər ay 26.34 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 632,16 manat olan “HOFFMANN” markalı soyuducu satın almışdır. Bundan başqa, 09 iyun 2023-cü il tarixli, №1943862 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan, 55 manat ilkin ödəniş ödəməklə, 18 ay müddətinə hər ay 44,86 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 862,48 manat olan İMEİ KODU **********08006 “SAMSUG GALAXY A24” markalı telefon satın almışdır. Lakin Cavabdeh müqavilələr üzrə tam ödəniş etməmiş və nəticədə 21 aprel 2023-cü il tarixli və 09 iyun 2023-cü il tarixli müqavilələr üzrə ümumilikdə 320,11 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqavilənin 3.4 və 3.5-ci bəndlərinə əsasən İMEİ KODU **********08006 “SAMSUG GALAXY A24” markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 18,77 manat və 13,25 manat, cəmi 32,01 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 21 aprel 2023-cü il tarixli müqavilə üzrə 187,66 manat əsas borc, 18,77 manat cərimə və 09 iyun 2023-cü il tarixli müqavilə üzrə 132,45 manat əsas borc, 13,25 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat, cəmi 375,72 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 21 aprel 2023-cü il tarixli müqavilə üzrə 187,66 manat əsas borcun, 18,77 manat cərimənin və 09 iyun 2023-cü il tarixli müqavilə üzrə 132,45 manat əsas borcun, 13,25 manat cərimənin, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat məbləgin, cəmi 375,72 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən iki müqavilə üzrə ümumilikdə tələb olunan 32,01 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 16 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 21 aprel 2023-cü il tarixli və 09 iyun 2023-cü il tarixli müqavilələrə əsasən 320,11 manat əsas borc, 16 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat, cəmi 359,71 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 09 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 21 aprel 2023-cü il tarixli və 09 iyun 2023-cü il tarixli müqavilələrə əsasən 320,11 manat əsas borc, 16 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat, cəmi 359 (üc yüz əlli doqquz) manat 71 (yetmiş bir) qəpik borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu. cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1284/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1284/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver