Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1287/2023 21.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 iyun 2022-ci il tarixli müqavilə üzrə 499,04 manat əsas borc, 49,96 manat cərimə, 14 yanvar 2023-cü il tarixli müqavilə üzrə 669,13 manat əsas borc, 66,87 manat cərimə və 12 fevral 2023-cü il tarixli müqavilə üzrə 100 manat əsas borc, 10 manat cərimə, cəmi 1395 manat pulun və 33,95 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 iyun 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 264 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 99,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1463,04 manat olan “Playstation 5” almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 70 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 60,83 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 799,96 manat olan “Matras-Morbido Pedli” almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 7,50 manat ilkin ödəniş olmaqla, 3 ay müddətinə hər ay 50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 157,50 manat olan “X1 Watch Lora” markalı saat almışdır. Lakin Cavabdeh 27 iyun 2022-ci il tarixli, 14 yanvar 2023-cü il tarixli və 12 fevral 2023-cü il tarixli müqavilələr üzrə ümumilikdə 1152,33 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 27 iyun 2022-ci il tarixli müqavilə üzrə 499,04 manat, 14 yanvar 2023-cü il tarixli müqavilə üzrə 669,13 manat və 12 fevral 2023-cü il tarixli müqavilə üzrə 100 manat, cəmi 1268,17 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 49,96 manat, 66,87 manat və 10 manat, cəmi 126,83 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 27 iyun 2022-ci il tarixli müqavilə üzrə 499,04 manat əsas borc, 49,96 manat cərimə, 14 yanvar 2023-cü il tarixli müqavilə üzrə 669,13 manat əsas borc, 66,87 manat cərimə və 12 fevral 2023-cü il tarixli müqavilə üzrə 100 manat əsas borc, 10 manat cərimə, cəmi 1395 manat pulun və 33,95 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 27 iyun 2022-ci il tarixli, 02732174 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 264 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 99,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1463,04 manat olan “Playstation 5”in alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 14 yanvar 2023-cü il tarixli, ******* saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 70 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 60,83 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 799,96 manat olan “Matras-Morbido Pedli”nin alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 12 fevral 2023-cü il tarixli, 15962448 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 7,50 manat ilkin ödəniş olmaqla, 3 ay müddətinə hər ay 50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 157,50 manat olan “X1 Watch Lora” markalı saatın alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 02 oktyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 14 yanvar 2023-cü il tarixli müqavilə üzrə 669,13 manat əsas borc, 66,87 manat cərimə, 12 fevral 2023-cü il tarixli müqavilə üzrə 100 manat əsas borc, 10 manat cərimə və 27 iyun 2022-ci il tarixli müqavilə üzrə 499,04 manat əsas borc, 49,96 manat cərimə, ümumilikdə ödənilməmiş 1395 manat borcu qalmışdır. Cavabdeh 14 yanvar 2023cü il tarixli müqavilə üzrə 130,83 manat, 12 fevral 2023-cü il tarixli müqavilə üzrə 57,50 manat və 27 iyun 2022-ci il tarixli müqavilə üzrə 964 manat, ümumilikdə 1152,33 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 iyun 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 264 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 99,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1463,04 manat olan “Playstation 5” almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 70 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 60,83 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 799,96 manat olan “Matras-Morbido Pedli” almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 7,50 manat ilkin ödəniş olmaqla, 3 ay müddətinə hər ay 50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 157,50 manat olan “X1 Watch Lora” markalı saat almışdır. Lakin Cavabdeh 27 iyun 2022-ci il tarixli, 14 yanvar 2023-cü il tarixli və 12 fevral 2023-cü il tarixli müqavilələr üzrə ümumilikdə 1152,33 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 27 iyun 2022-ci il tarixli müqavilə üzrə 499,04 manat, 14 yanvar 2023-cü il tarixli müqavilə üzrə 669,13 manat və 12 fevral 2023cü il tarixli müqavilə üzrə 100 manat, cəmi 1268,17 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 49,96 manat, 66,87 manat və 10 manat, cəmi 126,83 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 27 iyun 2022-ci il tarixli müqavilə üzrə 499,04 manat əsas borc, 49,96 manat cərimə, 14 yanvar 2023-cü il tarixli müqavilə üzrə 669,13 manat əsas borc, 66,87 manat cərimə və 12 fevral 2023-cü il tarixli müqavilə üzrə 100 manat əsas borc, 10 manat cərimə, cəmi 1395 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 27 iyun 2022-ci il tarixli müqavilə üzrə 499,04 manat əsas borc, 49,96 manat cərimə, 14 yanvar 2023-cü il tarixli müqavilə üzrə 669,13 manat əsas borc, 66,87 manat cərimə və 12 fevral 2023-cü il tarixli müqavilə üzrə 100 manat əsas borc, 10 manat cərimə, cəmi 1395 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 27 iyun 2022-ci il tarixli müqaviləyə əsasən 499,04 manat əsas borc, 49,96 manat cərimə, 14 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən 669,13 manat əsas borc, 66,87 manat cərimə və 12 fevral 2023-cü il tarixli müqaviləyə əsasən 100 manat əsas borc, 10 manat cərimə, cəmi 1395 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 03 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 33,95 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33,95 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 27 iyun 2022-ci il tarixli müqaviləyə əsasən 499,04 manat əsas borc, 49,96 manat cərimə, 14 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən 669,13 manat əsas borc, 66,87 manat cərimə və 12 fevral 2023-cü il tarixli müqaviləyə əsasən 100 manat əsas borc, 10 manat cərimə, cəmi 1395 (bir min üç yüz doxsan beş) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 (otuz üç) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1287/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1287/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver