Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1292/2025 22.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 mart 2024-cü il, 16 mart 2024-cü il, 21 mart 2024-cü il və 29 noyabr 2024-cü tarixli müqavilələr üzrə 797.16 manat əsas borcun, 79,72 manat cərimənin, cəmi 876,88 manat ümumu borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 mart 2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 46,02 manat, 16 mart 2024cü il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 6,70 manat, 21 mart 2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 21,05 manat və 29 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 24 ay müddətinə hər ay 13,54 manat ödəməklə cavabdeh iddiaçıdan zəmanət və xidmətlər daxil olmaqla İMEİ KOD **********68262 “XİAOMİ REDMİ NOTE 13” və İMEİ KOD **********91763 “XİAOMİ REDMİ A3” markalı iki ədəd telefon, ”JBL TUNE” markalı qulaqlıq və “ZİGZAG” markalı velosiped almışdır. Lakin Cavabdeh müqavilə üzrə cəmi 855,66 manat ödəniş etmiş, qalan ödənişləri etməmiş və nəticədə 03 mart 2024-cü il, 16 mart 2024-cü il, 21 mart 2024-cü il və 29 noyabr 2024-cü tarixli müqavilələr üzrə üzrə 797.16 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 79,72 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 03 mart 2024-cü il, 16 mart 2024-cü il, 21 mart 2024-cü il və 29 noyabr 2024-cü tarixli müqavilələr üzrə 797.16 manat əsas borc, 79,72 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 03 mart 2024-cü il, 16 mart 2024-cü il, 21 mart 2024-cü il və 29 noyabr 2024-cü tarixli müqavilələrdən və ona əlavələrdən görünür ki, 03 mart 2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 46,02 manat, 16 mart 2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 6,70 manat, 21 mart 2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 21,05 manat və 29 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 24 ay müddətinə hər ay 13,54 manat ödəməklə cavabdeh iddiacıdan ümumi dəyəri 1652,82 manat zəmanət və xidmətlər daxil olmaqla İMEİ KOD **********68262 “XİAOMİ REDMİ NOTE 13” və İMEİ KOD **********91763 “XİAOMİ REDMİ A3” markalı iki ədəd telefon, ”JBL TUNE” markalı qulaqlıq və “ZİGZAG” markalı velosiped alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 28 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 03 mart 2024-cü il, 16 mart 2024-cü il, 21 mart 2024-cü il və 29 noyabr 2024-cü tarixli müqavilələr müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 06 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03 mart 2024-cü il, 16 mart 2024-cü il, 21 mart 2024-cü il və 29 noyabr 2024-cü tarixli müqavilələr üzrə 797.16 manat əsas borc və 79,72 manat cərimə olmaqla, cəmi 876,88 manat borcu vardır. Cavabdeh müqavilə üzrə 855,66 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 mart 2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 46,02 manat, 16 mart 2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 6,70 manat, 21 mart 2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 21,05 manat və 29 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 24 ay müddətinə hər ay 13,54 manat ödəməklə cavabdeh iddiaçıdan zəmanət və xidmətlər daxil olmaqla İMEİ KOD **********68262 “XİAOMİ REDMİ NOTE 13” və İMEİ KOD **********91763 “XİAOMİ REDMİ A3” markalı iki ədəd telefon, ”JBL TUNE” markalı qulaqlıq və “ZİGZAG” markalı velosiped almışdır. Lakin Cavabdeh müqavilə üzrə cəmi 855,66 manat ödəniş etmiş, qalan ödənişləri etməmiş və nəticədə 03 mart 2024-cü il, 16 mart 2024-cü il, 21 mart 2024-cü il və 29 noyabr 2024-cü tarixli müqavilələr üzrə üzrə 797.16 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 79,72 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh müqavilələr üzrə 797.16 manat əsas borc, 79,72 manat cərimə olmaqla, cəmi 876,88 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 03 mart 2024-cü il, 16 mart 2024-cü il, 21 mart 2024-cü il və 29 noyabr 2024-cü tarixli müqavilələr üzrə 797.16 manat əsas borcu və 79,72 manat cəriməni, cəmi 876,88 manatı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 79,72 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 40 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh müqavilələr üzrə 797.16 manat əsas borc və 40 manat cərimə, cəmi 837,16 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 07 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 03 mart 2024-cü il, 16 mart 2024-cü il, 21 mart 2024-cü il və 29 noyabr 2024-cü tarixli müqavilələrə əsasən 797.16 manat əsas borc, 40 manat cərimə, cəmi 837 (səkkiz yüz otuz yeddi) manat 16 (on altı) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1292/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1292/2025
22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver