Məhkəmə qərarları › İş №e-2(055)-1296/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1296/2024

16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1296/2024 16.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3845 manat əsas borc, 159 manat cərimə və 60,04 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 4064,04 manat borcun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1 ədəd 211 manat dəyərində «Eurolux 2250» markalı tozsoranı 9 ay müddətinə, ilkin ödəniş olmadan, hər ay 23 manat, sonuncu ay isə 27 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Bundan əlavə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 may 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 850 manat dəyərində «HONOR X8b 256 GB» markalı mobil telefonu 12 ay müddətinə, 100 manat ilkin ödəniş olmaqla, hər ay 62 manat, sonuncu ay 68 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Bundan əlavə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 may 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 3243 manat dəyərində “Məişət əşyası” adlı malı 18 ay müddətinə, ilkin ödəniş olmadan, hər ay 180 manat, sonuncu ay 183 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Cavabdeh tərəfindən müqavilələrə və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əməl edilməmiş, cavabdeh borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 3845 manat əsas borc, 159 manat cərimə və 60,04 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 4064,04 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 08 yanvar 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 9 ay müddətinə ilkin ödəniş olmadan, hər ay 23 manat, sonuncu ay isə 27 manat ödəməklə ümumi nisyə məbləği 211 manat olan «Eurolux 2250» markalı tozsoranın alınması ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 10 may 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 12 ay müddətinə 100 manat ilkin ödəniş olmaqla, hər ay 62 manat, sonuncu ay 68 manat ödəməklə ümumi nisyə məbləği 850 manat olan «HONOR X8b 256 GB» markalı mobil telefonun alınması ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 22 may 2024-cü il tarixli digər nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 18 ay müddətinə ilkin ödəniş olmadan, hər ay 180 manat, sonuncu ay 183 manat ödəməklə ümumi nisyə məbləği 3243 manat olan “Məişət əşyası” adlı malın alınması ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı 08 yanvar 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1 ədəd 211 manat dəyərində «Eurolux 2250» markalı tozsoranı 9 ay müddətinə, ilkin ödəniş olmadan, hər ay 23 manat, sonuncu ay isə 27 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Bundan əlavə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 may 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 3243 manat dəyərində “Məişət əşyası” adlı malı 18 ay müddətinə, ilkin ödəniş olmadan, hər ay 180 manat, sonuncu ay 183 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Bundan əlavə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 may 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 3243 manat dəyərində “Məişət əşyası” adlı malı 18 ay müddətinə, ilkin ödəniş olmadan, hər ay 180 manat, sonuncu ay 183 manat ödəmək şərti ilə almışdır. Cavabdeh tərəfindən müqavilələrə və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əməl edilməmiş, cavabdeh borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, İddiaçı MMC Cavabdeh 3845 manat əsas borc, 159 manat cərimə və 60,04 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 4064,04 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı MMC Cavabdeh 08 yanvar 2023-cü il tarixli müqavilə üzrə 94 manat əsas borc, 09 manat cərimə borcunun, 10 may 2024-cü il tarixli digər müqavilə üzrə 688 manat əsas borc, 23 manat cərimə borcunun, 22 may 2024-cü il tarixli müqavilə üzrə 3063 manat əsas borc, 127 manat cərimə borcunun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 08 yanvar 2024-cü il tarixli müqavilə üzrə 94 manat əsas borc, 09 manat cərimə borcu, 10 may 2024-cü il tarixli müqavilə üzrə 688 manat əsas borc, 23 manat cərimə borcu, 22 may 2024-cü il tarixli müqavilə üzrə 3063 manat əsas borc, 127 manat cərimə borcu, hər üç müqavilə üzrə ümumilikdə 4004 manat borc alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 60.04 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60.04 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 08 yanvar 2024-cü il tarixli müqavilə üzrə 94 manat əsas borc, 09 manat cərimə borcu, 10 may 2024-cü il tarixli müqavilə üzrə 688 manat əsas borc, 23 manat cərimə borcu, 22 may 2024-cü il tarixli müqavilə üzrə 3063 manat əsas borc, 127 manat cərimə borcu, hər üç müqavilə üzrə ümumilikdə 4004(dörd min dörd) manat borc alınaraq İddiaçı MMC-nə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60(altmış) manat 04(dörd) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar