Məhkəmə qərarları › İş №e-2(055)-1298/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1298/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1298/2025 11.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Əlgüşad oğluna qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Əlgüşad oğluna qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14 yanvar 2025-ci il tarixli, №100861373 saylı müqavilə üzrə 1719 manat əsas borcun, 171,90 manat cərimənin, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 manat və 39,39 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Əlgüşad oğlu arasında bağlanmış 14 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 95,50 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət və xidmətlər daxil olmaqla ümumi dəyəri 1719 manat olan İMEİ KODU **********74052 OPPO A3, İMEİ KODU **********62875 OPPO A3 markalı iki ədəd telefon və “HOFFMANN” markalı televizor almışdır. Lakin Cavabdeh Əlgüşad oğlu müqavilə üzrə ödəniş etməmiş və nəticədə 14 yanvar 2025-ci il tarixli müqavilə üzrə 1719 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqaviləyə sasən İMEİ KODU **********74052 OPPO A3, İMEİ KODU **********62875 OPPO A3” markalı telefonların açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 47,20 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 171,90 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh Əlgüşad oğlundan 14 yanvar 2025-ci il tarixli müqavilə üzrə 1719 manat əsas borc, 171,90 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənmiş 47,20 manat, cəmi 1938.10 manat və 39,39 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 14 yanvar 2025-ci il tarixli, №100861373 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 95,50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri zəmanət və xidmətlər daxil olmaqla 1719 manat olan İMEİ KODU **********74052 OPPO A3, İMEİ KODU **********62875 OPPO A3” markalı telefon və “HOFFMANN” markalı televizor alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Əlgüşad oğlu arasında bağlanmışdır. İşdə olan İnnovativ Layihələr Mərkəzinin 04 iyul 2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh Əlgüşad oğluna müqavilə əsasında satılmış İMEİ KODU **********74052 OPPO A3, İMEİ KODU **********62875 OPPO A3” markalı telefonların açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 47,20 manat ödənilmişdir. İşdə olan 18 iyul 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 14 yanvar 2025-ci il tarixli, №100861373 saylı müqavilə üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 30 iyul 2025-ci il tarixli arayış və həmin tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Əlgüşad oğlu 14 yanvar 2025-ci il tarixli müqavilə üzrə 1719 manat əsas borc, 171,90 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənən 47,20 manat rüsum olmaqla cəmi 1938.10 manat pul məbləğini ödəməmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Əlgüşad oğlu arasında bağlanmış 14 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 95,50 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət və xidmətlər daxil olmaqla ümumi dəyəri 1719 manat olan İMEİ KODU **********74052 OPPO A3, İMEİ KODU **********62875 OPPO A3” markalı 2 ədəd telefon və “HOFFMANN” markalı televizor almışdır. Lakin Cavabdeh Əlgüşad oğlu müqavilə üzrə ödəniş etməmiş və nəticədə 14 yanvar 2025-ci il tarixli müqavilə üzrə 1719 manat əsas borc, 171,90 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənən 47,20 manat olmaqla cəmi 1938.10 manat borcu ödəməkdən yayınmışdır. Beləliklə 14 yanvar 2025-ci il tarixli, №100861373 saylı müqavilə üzrə 1719 manat əsas borc, 171,90 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənən 47,20 manat olmaqla cəmi 1938.10 manatın alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Əlgüşad oğlundan 14 yanvar 2025-ci il tarixli müqavilə üzrə 1719 manat əsas borcun, 171,90 manat cərimənin, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 manatın alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən müqavilə üzrə tələb olunan 171,90 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 86 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh Əlgüşad oğlundan 14 yanvar 2025-ci il tarixli, №100861373 saylı müqaviləyə əsasən 1719 manat əsas borc, 86 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 07 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 39,39 manat dövlət rüsümu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39,39 manat dövlət rüsümu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Əlgüşad oğlundan 14 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 1719 manat əsas borc, 86 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 manat məbləğ, cəmi 1852,20 (bir min səkkiz yüz əlli iki) manat 20 (iyirmi) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39,39 (otuz doqquz manat) manat 39 (otuz doqquz) qəpik dövlət rüsümu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar