Məhkəmə qərarları › İş №e-2(055)-1299/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1299/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1299/2025 22.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 noyabr 2024-cü il tarixli, ********** saylı müqavilə üzrə 212,60 manat əsas borcun və 21,26 manat cərimənin, cəmi 233,86 manat və 08 noyabr 2024-cü il tarixli müqavilə üzrə 548.98 manat əsas borcun, 54,90 manat cərimənin və İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manatın, cəmi 627,48 manat olmaqla ümumilikdə 861,34 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə hər ay 28,37 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət və xidmətlər daxil olmaqla ümumi dəyəri 510.66 manat olan İMEİ KODU **********63583 olan “XİAOMİ REDMİ 12C” markalı telefon və “XİAOMİ REDMİ WATCH” markalı saat və 08 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 34,11 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət və xidmətlər daxil olmaqla ümumi dəyəri 613,98 manat məbləgində İMEİ KODU **********57544 olan “XİAOMİ REDMİ 14C” markalı telefon almışdır. Lakin Cavabdeh müqavilə üzrə tam ödəniş etməmiş və nəticədə 07 noyabr 2024-cü il tarixli müqavilə üzrə 212,60 manat və 08 noyabr 2024-cü il tarixli müqavilə üzrə isə 548,98 əsas borcu, ümumilikdə 761,58 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqaviləyə sasən İMEİ KODU **********57544 olan “XİAOMİ REDMİ 14C” markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 07 noyabr 2024-cü il tarixli müqavilə üzrə 21,26 manat, 08 noyabr 2024-cü il tarixli müqavilə üzrə isə 54,90 manat, cəmi 76,16 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh müqavilələr üzrə ümumilikdə 761,58 manat əsas borc, 76,16 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənmiş 23,60 manat, cəmi 861,34 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 07 noyabr 2024-cü il tarixli, ********** saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 28.37 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri zəmanət və xidmətlər daxil olmaqla 510.66 manat məbləgində İMEİ KODU **********63583 olan “XİAOMİ REDMİ 12C” markalı telefon və “XİAOMİ REDMİ WATCH” markalı saat alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 08 noyabr 2024-cü il tarixli, müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 34.11 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri zəmanət və xidmətlər daxil olmaqla 613,98 manat məbləgində İMEİ KODU **********57544 olan “XİAOMİ REDMİ 14C” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır İşdə olan İnnovativ Layihələr Mərkəzinin 14 iyul 2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh müqavilə əsasında satılmış İMEİ KODU **********57544 “XİAOMİ REDMİ 14C” markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. İşdə olan 21 iyun 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 07 noyabr 2024-cü il tarixli və 08 noyabr 2024-cü il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 31 iyul 2025-ci il tarixli arayış və həmin tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07 noyabr 2024-cü il tarixli və 08 noyabr 2024-cü il tarixli müqavilələr üzrə ümumilikdə 761.58 manat əsas borc, 76,16 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənən 23,60 manat rüsum olmaqla cəmi 861,34 manat pul məbləğini ödəməmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə hər ay 28,37 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət və xidmətlər daxil olmaqla ümumi dəyəri 510.66 manat olan İMEİ KODU **********63583 olan “XİAOMİ REDMİ 12C” markalı telefon və “XİAOMİ REDMİ WATCH” markalı saat və 08 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 34,11 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət və xidmətlər daxil olmaqla ümumi dəyəri 613,98 manat məbləgində İMEİ KODU **********57544 olan “XİAOMİ REDMİ 14C” markalı telefon almışdır. Lakin Cavabdeh müqavilə üzrə tam ödəniş etməmiş və nəticədə 07 noyabr 2024-cü il tarixli müqavilə üzrə 212,60 manat və 08 noyabr 2024-cü il tarixli müqavilə üzrə isə 548,98 əsas borcu ümumilikdə 761,58 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqaviləyə sasən İMEİ KODU **********57544 olan “XİAOMİ REDMİ 14C” markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. Beləliklə 07 noyabr 2024-cü il tarixli müqavilə üzrə 21,26 manat, 08 noyabr 2024-cü il tarixli müqavilə üzrə isə 54,90 manat, cəmi 76,16 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh müqavilələr üzrə ümumilikdə 761,58 manat əsas borc, 76,16 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat, cəmi 861,34 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 07 noyabr 2024-cü il tarixli və 08 noyabr 2024-cü il tarixli müqavilələr üzrə 761,58 manat əsas borcun, 76,16 manat cərimənin və İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manatın, cəmi 861.34 manatın alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən müqavilə üzrə tələb olunan 76,16 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 35 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 07 noyabr 2024-cü il tarixli və 08 noyabr 2024-cü il tarixli müqavilə üzrə 761,58 manat əsas borcun, 35 manat cərimənin və İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manatın, cəmi 820,18 manatın alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 04 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsümu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsümu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 07 noyabr 2024-cü il tarixli və 08 noyabr 2024-cü il tarixli müqavilələrə əsasən 761,58 manat əsas borc, 35 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat, cəmi 820 (səkkiz yüz iyirmi) manat 18 (on səkkiz) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsümu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar