Məhkəmə qərarları › İş №e-2(055)-1301/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1301/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1301/2025 22.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" MMC cavabdeh X3 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 noyabr 2024-cü il tarixli, 15655668 saylı müqavilə üzrə 827,23 manat əsas borcun və 82,72 manat cərimənin, cəmi 909,95 manat ümumu borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış 01 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh 12 ay müddətinə hər ay 51,72 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 930,96 manat olan “NAVEE V40 PRO ELECTRİC SCOOTER” markalı skoter almışdır. Lakin cavabdeh X4 müqavilə üzrə 103,73 manat ödəniş etmiş və nəticədə 01 noyabr 2024-cü il tarixli 15655668 saylı müqavilə üzrə 827,23 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 82,72 manat cərimə hesablanmışdır. Ona görə də cavabdeh X1 01 noyabr 2024-cü il tarixli müqavilə üzrə 827,23 manat əsas borc, 82,72 manat cərimə, cəmi 909,95 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 01 noyabr 2024-cü il tarixli, 15655668 saylı müqavilədən və ona əlavədən görünür ki, hər ay 51,72 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 930,96 manat olan “NAVEE V40 PRO ELECTRİC SCOOTER” markalı skoterin alınması ilə əlaqədar iddiaçı "xxxx" MMC ilə cavabdeh X4 arasında müqavilə bağlanmışdır. İşdə olan 17 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 01 noyabr 2024-cü il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 29 iyul 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh X2 01 noyabr 2024-cü il tarixli, 15655668 saylı müqavilə üzrə 827,23 manat əsas borc və 82,72 manat cərimə borcu vardır. X4 müqavilə üzrə qismən ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış 01 noyabr 2024-cü il tarixli, 15655668 saylı müqaviləyə əsasən cavabdeh 12 ay müddətinə hər ay 51,72 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 930,96 manat olan “NAVEE V40 PRO ELECTRİC SCOOTER” markalı skoter almışdır. Lakin cavabdeh X4 müqavilə üzrə qismən ödəniş etmiş və nəticədə 01 noyabr 2024-cü il tarixli müqavilə üzrə 827,23 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 82,72 manat cərimə hesablanmışdır. Ona görə də cavabdeh X1 01 noyabr 2024-cü il tarixli müqavilə üzrə 827,23 manat əsas borc və 82,72 manat cərimənin cəmi, 909,95 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" MMC cavabdeh X1 01 noyabr 2024-cü il tarixli, 15655668 saylı müqavilə üzrə 827,23 manat əsas borcun, 82,72 manat cərimənin, cəmi 909,95 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 82,72 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 41 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdeh X1 01 noyabr 2024-cü il tarixli, 15655668 saylı müqaviləyə əsasən 827,23 manat əsas borc və 41 manat cərimə, cəmi 868,23 manat borc alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 31 iyul 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X1 01 noyabr 2024-cü il tarixli, 15655668 saylı müqaviləyə əsasən 827,23 manat əsas borc və 41 manat cərimə, cəmi 868 (səkkiz yüz altmış səkkiz) manat 23 (iyirmi üç) qəpik alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar