Məhkəmə qərarları › İş №e-2(055)-1304/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1304/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1304/2023 30.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməmiş 131 manat əsas borc, 12 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 173 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli ******* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 232 manat olan mal almışdır. Cavabdeh tərəfindən müqavilə şərtlərinə tam əməl edilməmiş, cavabdeh alınan malın dəyərini 12 ay müddətinə ödəməli olduğu halda, borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Nisyə alqı-satqı müqaviləsinin 5.4-cü bəndinə əsasən alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. 09 oktyabr 2023-cü il tarixə cavabdehin iddiaçıya olan borcu 131 manat əsas borc, 12 manat cərimə borcu təşkil edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi barədə cavabdehə pretenziya məktubu göndərilmiş, lakin təyin edilən vaxtda cavabdeh öhdəliyini icra etməmişdir. Ona görə də Cavabdeh 131 manat əsas borc, 12 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 173 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 30 noyabr 2020-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 20 manat, sonuncu ay isə 12 manat olmaqla, cəmi dəyəri 232 manat olan “Arçelik Kea 8540 R” məhsulunun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 09 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30 noyabr 2020-ci il tarixli, ******* saylı müqavilə üzrə iddiaçıya 09 oktyabr 2023-cü il tarixə 131 manat əsas borcu, 12 manat cərimə, cəmi 143 manat borcu vardır. İşdə olan 30 noyabr 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 232 manat dəyərində olan “Arçelik Kea 8540 R” məhsulunu iddiaçıdan təhvil almışdır. İşdə olan 25 avqust 2023-cü il tarixli pretenziya məktubundan və həmin məktubun cavabdehə çatdırıldığını göstərən teleqramdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 30 noyabr 2020-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli ******* saylı alqısatqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 20 manat, sonuncu ay isə 12 manat olmaqla, cəmi dəyəri 232 manat olan “Arçelik Kea 8540 R” məhsulunu almışdır. Cavabdeh müqavilə üzrə öhdəliyi tam və vaxtında icra etmədiyi üçün onun iddiaçıya 09 oktyabr 2023-cü il tarixə 131 manat əsas borcu və 12 manat cərimə, cəmi 143 manat borcu yaranmışdır. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 131 manat əsas borc və 12 manat cərimə, cəmi 143 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 30 noyabr 2020-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 131 manat əsas borc və 12 manat cərimə, cəmi 143 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 30 noyabr 2020-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 131 manat əsas borc, 12 manat cərimə, cəmi 143 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 12 oktyabr 2023-cü il tarixli “ASAN ödəniş” sistemindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 30 noyabr 2020-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 131 manat əsas borc, 12 manat cərimə, cəmi 143 (bir yüz qırx üç) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar