Məhkəmə qərarları › İş №e-2(055)-1311/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1311/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1311/2025 22.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 yanvar 2025-ci il tarixli müqavilə üzrə 547,92 manat əsas borcun, 54,79 manat cərimənin və 31 yanvar 2025-ci il tarixli müqavilə üzrə 628,02 manat əsas borcun, 62,80 manat cərimənin, cəmi 1293,53 manat borc və 32,94 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə hər ay 30,44 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 547,92 manat olan “PAKET L” xidməti daxil olmaqla bir ədəd İMEİ KODU **********35026 olan “HONOR X7C” markalı telefon və 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən ümumi dəyəri 628,02 manat olan bir ədəd “PAKET L” xidməti daxil olmaqla İMEİ KODU **********70686 “XİAOMİ REDMİ NOTE 14” markalı telefon və “BUDS 6 LİTE” markalı qulaqlıq almışdır. Lakin Cavabdeh müqavilələr üzrə ödəniş etməmiş və nəticədə 29 yanvar 2025-ci il tarixli və 31 yanvar 2025-ci il tarixli müqavilələr üzrə ümumilikdə 1175,94 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilələr üzrə ümumi 117,59 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 29 yanvar 2025-ci il tarixli və 31 yanvar 2025-ci il tarixli müqavilələr üzrə ümumilikdə 1175,94 manat əsas borc, 117,59 manat cərimə olmaqla, cəmi 1293,53 manat və 32,94 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 29 yanvar 2025-ci il tarixli müqavilə və ona əlavədən görünür ki, cavabdeh hər ay 30,44 manat və 31 yanvar 2025-ci il tarixliı müqavilə üzrə isə hər ay 34,89 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri “PAKET L” xidməti daxil olmaqla 736,92 manat olan bir ədəd İMEİ KODU **********35026 “HONOR X7C” markalı telefon, ümumi dəyəri “PAKET L” xidməti daxil olmaqla 736,92 manat olan bir ədəd İMEİ KODU **********70686 “XİAOMİ REDMİ NOTE 14” markalı telefon və “BUDS 6 LİTE” markalı qulaqlıq alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 15 iyul 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 29 yanvar 2025-ci il tarixli və 31 yanvar 2025-ci il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 11 avqust 2025-ci il tarixli arayış və həmin tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 29 yanvar 2025-ci il tarixli və 31 yanvar 2025-ci il tarixli müqavilələr üzrə 1175,94 manat əsas borc və 117,59 manat cərimə olmaqla cəmi 1293,53 manat pul məbləğini ödəməmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə hər ay 30,44 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 547,92 manat olan “PAKET L” xidməti daxil olmaqla bir ədəd İMEİ KODU **********35026 olan “HONOR X7C” markalı telefon və 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən ümumi dəyəri 628,02 manat olan bir ədəd “PAKET L” xidməti daxil olmaqla İMEİ KODU **********70686 “XİAOMİ REDMİ NOTE 14” markalı telefon və “BUDS 6 LİTE” markalı qulaqlıq almışdır. Lakin Cavabdeh müqavilələr üzrə ödəniş etməmiş və nəticədə 29 yanvar 2025-ci il tarixli və 31 yanvar 2025-ci il tarixli müqavilələr üzrə ümumilikdə 1175,94 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilələr üzrə ümumi 117,59 manat cərimə hesablanmışdır. Beləliklə 31 yanvar 2025-ci il tarixli və 31 yanvar 2025-ci il tarixli müqavilələr üzrə ümumilikdə 1175,94 manat əsas borc, 117,59 manat cərimə olmaqla, cəmi 1293,53 manat və 32,94 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 29 yanvar 2025-ci il tarixli və 31 yanvar 2025-ci il tarixli müqavilələr üzrə ümumilikdə 1175,94 manat əsas borc, 117,59 manat cərimə olmaqla, cəmi 1293,53 manatın alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən müqavilə üzrə tələb olunan 117,59 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 59 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 29 yanvar 2025-ci il tarixli və 31 yanvar 2025-ci il tarixli müqavilələr üzrə ümumilikdə 1175,94 manat əsas borc, 59 manat cərimə olmaqla, cəmi 1234,94 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 16 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 32,94 manat dövlət rüsümu ödənilmişdir. işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32,94 manat dövlət rüsümu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 29 yanvar 2025-ci il tarixli və 31 yanvar 2025-ci il tarixli müqavilələr üzrə ümumilikdə 1175,94 manat əsas borc, 59 manat cərimə olmaqla, cəmi 1234 (bir min iki yüz otuz dörd) manat 94 (doxsan dörd) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32 (otuz iki) manat 94 (doxsan dörd) qəpik dövlət rüsümu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar