Məhkəmə qərarları › İş №e-2(055)-1315/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1315/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1315/2025 22.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 yanvar 2025-ci il, 25 yanvar 2025-ci il, 04 fevral 2025-ci tarixli müqavilələr üzrə 2412,24 manat əsas borcun və 241,22 manat cərimənin, cəmi 2653,46 manat ümumu borcun və 46,54 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 103,23 manat, 25 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 29,39 manat və 04 fevral 2025-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 13,34 manat ödəməklə cavabdeh iddiaçıdan zəmanət daxil olmaqla bir ədəd “SAMSUNG” markalı paltaryuyan, bir ədəd “KENWOOD” makalı ətçəkən, iki ədəd “FASHİON HOME” markalı yataq dəsti və iki ədəd “RONDELL” markalı tava almışdır. Lakin Cavabdeh müqavilələr üzrə cəmi 147,01 manat ödəniş etmiş, qalan ödənişləri etməmiş və nəticədə 01 yanvar 2025-ci il, 25 yanvar 2025-ci il və 04 fevral 2025-ci tarixli müqavilələr üzrə 2412,24 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 241,22 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 01 yanvar 2025-ci il, 25 yanvar 2025-ci il və 04 fevral 2025-ci tarixli müqavilələr üzrə ümumilikdə 2412,24 manat əsas borc, 241,22 manat cərimə və 46,54 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 01 yanvar 2025-ci il, 25 yanvar 2025-ci il və 04 fevral 2025-ci tarixli müqavilələrdən və ona əlavələrdən görünür ki, 12,01 manat ilkin ödəniş etməklə və 23 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 103,23 manat, 25 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 29,39 manat və 04 fevral 2025-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 13,34 manat ödəməklə cavabdeh iddiaçıdan ümumi dəyəri 2559,25 manat olan zəmanət daxil olmaqla bir ədəd “SAMSUNG” markalı paltaryuyan, bir ədəd “KENWOOD” makalı ətçəkən, iki ədəd “FASHİON HOME” markalı yataq dəsti və iki ədəd “RONDELL” markalı tava alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 30 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 23 yanvar 2025-ci il, 25 yanvar 2025-ci il, 04 fevral 2025-ci tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 15 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23 yanvar 2025-ci il, 25 yanvar 2025-ci il, 04 fevral 2025-ci tarixli müqavilələr müqavilələr üzrə 2412,24 manat əsas borc və 241,22 manat cərimə borcu, cəmi 2653,46 manat borcu vardır. Cavabdeh müqavilələr üzrə 147,01 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 103,23 manat, 25 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 29,39 manat və 04 fevral 2025-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 13,34 manat ödəməklə cavabdeh iddiaçıdan zəmanət daxil olmaqla bir ədəd “SAMSUNG” markalı paltaryuyan, bir ədəd “KENWOOD” makalı ətçəkən, iki ədəd “FASHİON HOME” markalı yataq dəsti və iki ədəd “RONDELL” markalı tava almışdır. Lakin Cavabdeh müqavilələr üzrə cəmi 147,01 manat ödəniş etmiş, qalan ödənişləri etməmiş və nəticədə 01 yanvar 2025-ci il, 25 yanvar 2025-ci il və 04 fevral 2025-ci tarixli müqavilələr üzrə 2412,24 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 241,22 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh müqavilələr üzrə 2412,24 manat əsas borc, 241,22 manat cərimə cəmi 2653,46 manat və 46,54 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 23 yanvar 2025-ci il, 25 yanvar 2025-ci il, 04 fevral 2025-ci tarixli müqavilələr üzrə 2412,24 manat əsas borcun və 241,22 manat cərimənin, cəmi 2653,46 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 241,22 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 120 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh müqavilələr üzrə 2412,24 manat əsas borc və 120 manat cərimə, cəmi 2532,24 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 19 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 46,54 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46,54 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 01 yanvar 2025-ci il, 25 yanvar 2025-ci il və 04 fevral 2025-ci tarixli müqavilələrə əsasən 2412,24 manat əsas borc, 120 manat cərimə, cəmi 2532 (iki min beş yüz otuz iki) manat 24 (iyirmi dörd) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46 (qırx altı) manat 54 (əlli dörd) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar