Məhkəmə qərarları › İş №e-2(055)-1316/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1316/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1316/2025 06.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 oktyabr 2024-cü il tarixli 003-DFM-0878-24 saylı hissəli ödənişlə nisyə alqı-satqı müqaviləsi üzrə 6662,89 manat əsas borcun, 61,11 manat cərimənin, 87,24 manat ödənilmiş dövlət rüsumunun, cəmi 6811,24 manat pulun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 20 oktyabr 2024-cü il tarixli 003-DFM-0878-24 saylı hissəli ödənişlə nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 8823 manat dəyərində nisyə mal almış və həmin malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdeh-zamin mal alanın-Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında mal alanla birlikdə cavabdehlik daşımağı öhdəlik götürmüşdür. Lakin cavabdehlər alınan mala görə borcu tam ödəməmişlər və nəticədə iddiaçıya 6662,89 manat ödənilməmiş borcları qalmışdır. İddiaçı tərəfindən edilmiş xəbərdarlığa baxmayaraq cavabdehlər borcu ödəməkdən yayınmışlar. Tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 61,11 manat cərimə hesablanmışdır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6662,89 manat əsas borcun, 61,11 manat cərimənin, 87,24 manat ödənilmiş dövlət rüsumunun, cəmi 6811,24 manat pulun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 20 oktyabr 2024-cü il tarixli, 003-DFM-0878-24 saylı nisyə alqı satqı müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilə cavabdeh (alıcı) Cavabdeh1 iddiaçı (satıcı) İddiaçındən məişət əşyası almış və həmin malın dəyərini 17 ay müddətinə 490 manat, 1 ay 493 manat, 18 ay müddətində cəmi 8823 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 20 oktyabr 2024-cü il tarixli, 003- DFM-0878-24 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh (mal alan) Cavabdeh1 iddiaçı (satıcı) İddiaçındən aldığı məişət əşyasının dəyəri olan 8823 manat pulun qaytarılması öhdəliyinin təmin edilməsi məqsədi ilə digər cavabdeh (zamin) Cavabdeh2 iddiaçı qarşısında mal alanla birlikdə cavabdehlik daşımağı öhdəlik götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 20 oktyabr 2024-cü il tarixli təhviltəslim aktından görünür ki, Cavabdeh1 8823 manat dəyərində məişət əşyasını İddiaçındən təhvil almışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 15 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçınə ödənilməmiş 6662,89 manat əsas borcu, 60,88 manat cərimə borcu vardır. Cavabdeh1 məişət əşyasının dəyərindən 2160,11 manat, 19,89 manat dəbbə pulu ödəmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 15 aprel 2025-ci il tarixli bildirişdən və onun göndərilməsi barədə reyestrdən görünür ki, İddiaçı 20 oktyabr 2024-cü il tarixli, 003-DFM-0878-24 saylı nisyə alqı satqı müqaviləsi üzrə Cavabdeh1 6662,89 manat əsas borcun, 60,88 manat cərimənin ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 20 oktyabr 2024-cü il tarixli 003-DFM-0878-24 saylı hissəli ödənişlə nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh 8823 manat dəyərində nisyə məişət əşyasını iddiaçıdan almış və həmin malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdeh-zamin mal alanın-Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında mal alanla birlikdə cavabdehlik daşımağı öhdəlik götürmüşdür. Lakin cavabdehlər alınan mala görə borcu tam ödəməmişlər və nəticədə iddiaçıya 6662,89 manat ödənilməmiş borcları qalmışdır. İddiaçı tərəfindən edilmiş xəbərdarlığa baxmayaraq cavabdehlər borcu ödəməkdən yayınmışlar. Tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 61,11 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı 6662,89 manat borcun, 61,11 manat cərimənin, 87,24 manat ödənilmiş dövlət rüsumunun, cəmi 6811,24 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq onun xeyrinə tutulması tələb edir. İşin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, 20 oktyabr 2024-cü il tarixli 003-DFM-0878-24 saylı hissəli ödənişlə nisyə alqı-satqı və zaminlik müqavilələri üzrə cavabdehlər öhdəliklərini icra etmədiyindən iddiaçı tərəf cavabdehə 15 aprel 2025-ci il tarixində bildiriş göndərməklə 6662,89 manat borcun, 60,88 manat cərimənin qaytarılmasını tələb etmiş, eyni zamanda işdə olan maliyyə arayışında da cərimənin məbləği 60,88 manat qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfin məhkəməyə sübut olaraq təqdim etdiyi maliyyə arayışı və bildiriş mötəbər sübut kimi qəbul edilərək cavabdehlərdən tutulmalı olan cərimənin məbləği 60,88 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanlardan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6662,89 manat əsas borcun və 60,88 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6662,89 manat əsas borc, 60,88 manat cərimə, cəmi 6723,77 manat pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 22 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 87,24 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 87,24 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6662,89 manat əsas borc, 60,88 manat cərimə, cəmi 6723 (altı min yeddi yüz iyirmi üç) manat 77 (yetmiş yeddi) qəpik alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 87 (səksən yeddi) manat 24 (iyirmi dörd) qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar