Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1319/2025 22.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1024,61 manat əsas borc, 487,39 manat dəbbə pulu (cərimə) və 35,12 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1547,12 manat borcun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2024-cü il tarixli 003-DFM-0563-24 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 1750 manat olan 1 ədəd “Eurolux 24 000-lik” markalı kondisioner almış və həmin malın dəyərini 12 ay müddətinə hər ay 145 manat (sonuncu ay 155 manat) olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 17 iyun 2024-cü il tarixli müqavilə üzrə cəmi 790 manat ödəniş etmişdir. Ardıcıl altı dəfə icra vaxtı çatmış ödəniş üzrə iddiaçıya heç bir vəsait ödəməmişdir. Cavabdehin ünvanına bildiriş göndərilmiş, lakin edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.6cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin müqavilə üzrə iddiaçıya 1024,61 manat əsas borc, 487,39 manat cərimə, cəmi 1512,08 manat borcu vardır. Ona görə də Cavabdeh 17 iyun 2024-cü il tarixli 003-DFM-0563-24 saylı müqavilə üzrə 1024,61 manat əsas borc, 487,39 manat dəbbə pulu (cərimə) və 35,12 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1547,12 manat borcun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 17 iyun 2024-cü il tarixli nisyə alqı-satqı ərizə-anketdən görünür ki, Cavabdeh dəyəri 1750 manat olan 1 ədəd “Eurolux 24 000-lik” markalı kondisioner almaq üçün İddiaçınə müraciət etmişdir. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2024-cü il tarixli 003- DFM-0563-24 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1 ədəd “Eurolux 24 000-lik” markalı kondisonerin alınması və həmin malın ümumi dəyəri 1750 manat pulu 12 ay müddətində hər ay 145 manat (sonuncu ay 155 manat) olmaqla İddiaçınə ödəməyi öhdəlik götürmüşdür. İşdə olan 17 iyun 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh dəyəri 1750 manat olan 1 ədəd “Eurolux 24 000-lik” markalı kondisioneri İddiaçındən təhvil almışdır. İşdə olan 25 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17 iyun 2024-cü il tarixli 003-DFM-0563-24 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə aldığı mala görə ödəmiş olduğu 790 manat puldan 725,39 əsas borca, 64,61 manat dəbbə puluna silinmiş, lakin onun ödənilməyən əsas borcu 1024,61 manat, dəbbə pulu 486,72 manat, cəmi 1511,33 manat təşkil etmişdir. İşdə olan 25 aprel 2025-ci il tarixli bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 17 iyun 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2024-cü il tarixli 003-DFM-0563-24 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 1750 manat olan 1 ədəd “Eurolux 24 000-lik” markalı kondisioner almış və həmin malın dəyərini 12 ay müddətinə hər ay 145 manat (sonuncu ay 155 manat) olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 17 iyun 2024-cü il tarixli müqavilə üzrə cəmi 790 manat ödəniş etmişdir. Ardıcıl altı dəfə icra vaxtı çatmış ödəniş üzrə iddiaçıya heç bir vəsait ödəməmişdir. Cavabdehin ünvanına bildiriş göndərilmiş, lakin edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.6cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin müqavilə üzrə iddiaçıya 1024,61 manat əsas borc, 487,39 manat cərimə, cəmi 458 manat borcu vardır. Ona görə də Cavabdeh 17 iyun 2024cü il tarixli 003-DFM-0563-24 saylı müqavilə üzrə 1024,61 manat əsas borc, 487,39 manat cərimə və 35,12 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1547,12 manat borcun alınaraq İddiaçınə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 1024,61 manat əsas borc və 487,39 manat cərimə, ümumilikdə cəmi 1512 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 17 iyun 2024-cü il tarixli 003-DFM-0563-24 saylı müqavilə üzrə tələb olunan 487,39 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 50 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 17 iyun 2024-cü il tarixli 003-DFM-0563-24 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1024,61 manat əsas borc, 50 manat dəbbə pulu (cərimə), cəmi 1074,61 manat alınaraq İddiaçınə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 22 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 35,12 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35,12 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 17 iyun 2024-cü il tarixli 003-DFM-0563-24 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1024,61 manat əsas borc, 50 manat dəbbə pulu (cərimə), cəmi 1074 (bir min yetmiş dörd) manat 61 (altmış bir) qəpik alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 (otuz beş) manat 12 (on iki) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1319/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1319/2025
22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver