Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1329/2025 29.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 may 2024-cü il tarixli BKL000036 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 253 manat əsas borcun, 37,95 manat cərimə məbləğinin, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, “X1” ilə Cavabdeh arasında bağlanmış 25 may 2024-cü il tarixli BKL000036 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 408 manat dəyərində nisyə mal almış və həmin malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq 408 manat borcu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X1” arasında bağlanmış faktorinq müqaviləsinə və ona əlavə edilmiş sazişə əsasən fiziki şəxs “X1” ın Cavabdeh qarşı olan 408 manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, iddiaçıya ödənilməmiş qalan 253 manat borcunu qaytarmamışdır. Ona görə də Cavabdeh 253 manat əsas borcun, 37,95 manat cərimə məbləğinin, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 25 may 2024-cü il tarixli BKL000036 saylı nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə ilə Cavabdeh fiziki şəxs “X1”-dən 408 manat dəyərində malı nisyə şəkildə almış, malın dəyərini 12 ay müddətində hər ay 34 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 25 fevral 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh ümumi dəyəri 408 manat məbləgində İMEİ KODU **********558729,**********58737 olan “TECNO SPARK GO 2024” markalı telefonu fiziki şəxs “X1”-dən təhvil almışdır. İşdə olan tələbin güzəşti barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X1” arasında bağlamış 25 fevral 2022-ci il tarixli R-1168/22 saylı faktorinq müqaviləsindən və həmin müqaviləyə əsasən “X1” ilə Cavabdeh arasında olan sazişdən görünür ki, “X1”-ın Cavabdeh və digərlərindən borc tələb etmək hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. İşdə olan 05 avqust 2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 25 may 2024-cü il tarixli BKL000036 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 05 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 05 avqust 2025-ci il tarixə ödənilməmiş 253 manat əsas borcu və 37,95 manat, cəmi 290,95 manatcərimə borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 348.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Həmin Məcəllənin 657.2-ci maddəsinə əsasən faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir. Həmin Məcəllənin 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, “X1” ilə Cavabdeh arasında bağlanmış 25 may 2024-cü il tarixli BKL000036 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 408 manat dəyərində nisyə mal almış və həmin malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq 408 manat borcu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X1” arasında bağlanmış faktorinq müqaviləsinə və ona əlavə edilmiş sazişə əsasən fiziki şəxs “X1”ın Cavabdeh qarşı olan 408 manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, iddiaçıya ödənilməmiş qalan 253 manat borcunu qaytarmamışdır. Ona görə də Cavabdeh 253 manat əsas borcun, 37,95 manat cərimə məbləğinin, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 253 manat əsas borcun, 37,95 manat cərimənin və 0,40 manat xidmət haqqının alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 25 may 2024-cü il tarixli, BKL000036 saylı müqavilə üzrə tələb olunan 37,95 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 20,00 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 253 manat əsas borc, 20,00 manat cərimə məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 14 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2468 -6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 253 manat əsas borc, 20,00 manat cərimə borcu cəmi 273 (iki yüz yetmiş üç) manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1329/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1329/2025
29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver