Məhkəmə qərarları › İş №e-2(055)-1333/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1333/2024

16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1333/2024 16.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqavilə üzrə 115,62 manat əsas borc, 11,38 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 66,18 manat əsas borc, 6,82 manat cərimə, hər iki müqavilə üzrə cəmi 200 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 33,36 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 600,48 manat olan “XİAOMİ REDMİ NOTE 12 PRO” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 24 ay müddətinə hər ay 38,10 manat ödəməyo öhdəsinə götürməklə, ümumi dəyəri 914,40 manat olan “SAMSUNG GALAXY A51” markalı telefon, “M1 TRUE W;RELESS EARBUDS 2 qulaqlıq almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 115,62 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 66,18 manat, cəmi 181,80 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 11,38 manat və 6,82 manat, cəmi 18.20 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 115,62 manat əsas borc, 11,38 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 66,18 manat əsas borc, 6,82 manat cərimə, cəmi 200 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 33,36 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 600,486 manat olan XİAOMİ REDMİ NOTE 12 PRO” markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 24 ay müddətinə hər ay 38,10 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 914,40 manat olan “SAMSUNG GALAXY A51” markalı telefon, “M1 TRUE W;RELESS EARBUDS 2 qulaqlıq alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 12 sentyar 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnun xx.xx.2021-ci il tarixli müqavilə üzrə 115,62 manat əsas borc, 11,38 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 66,18 manat əsas borc, 6,82 manat cərimə, ümumilikdə ödənilməmiş 200 manat borcu qalmışdır. İşdə olan 03 sentyabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 33,36 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 600,48 manat olan XİAOMİ REDMİ NOTE 12 PRO” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 24 ay müddətinə hər ay 38,10 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 914,40 manat olan “SAMSUNG GALAXY A51” markalı telefon, “M1 TRUE W;RELESS EARBUDS 2 almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 115,62 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 66,18 manat, cəmi 181,80 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 11,38 manat və 6,82 manat, cəmi 18.20 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 115,62 manat əsas borc, 11,38 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 66,18 manat əsas borc, 6,182 manat cərimə, cəmi 200 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 115,62 manat əsas borc, 11,38 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 66,18 manat əsas borc, 6,82 manat cərimə, cəmi 200 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 115,62 manat əsas borc, 11,38 manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 66,18 manat əsas borc, 6,82 manat cərimə, cəmi 200 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 115,62 manat əsas borc, 11,38 manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 66,18 manat əsas borc, 6,82 manat cərimə, cəmi 200 (iki yüz) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar