Məhkəmə qərarları › İş №e-2(055)-1344/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1344/2024

22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1344/2024 22.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqavilə üzrə 93,2 manat əsas, 9,8 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 59,27 manat əsas, 5,73 manat cərimə və hər iki müqavilə üzrə cəmi 168 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasənİM, Eİ KODU **********64200 XİAOMİ REDMİ 12C NFC markalı telefon, İMEİ KDOU **********80994 SAMSUNG GALAXYA13 markalı telefon , İMEİ KODU **********60944 XİAOMİ REDMİ NOTE 11 markalı telefoanlmış və nəticədə 168 (yüz altmış səkkiz) manat borc yaranmışdır Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 408.06 (dörd yüz səkkiz manat altı qəpik) manat (18 ay x 22.67 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********64200 XİAOMİ REDMİ 12C NFC markalı telefon üçün ümumilikdə,103 (yüz üç) manat olmaqla ondan, 93.2 (doxsan üç manat iyirmi qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq ,9.8 (doqquz manat səksən qəp)manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1532.16 (min beş yüz otuz iki manat on altı qəpik) manat (18 ay x 85.12 manat + 0 manat ilkin ödəniş) İMEİ KDOU **********80994 SAMSUNG GALAXY A13 markalı telefon, İMEİ KODU **********60944 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə, 65 (altmış beş) manat olmaqlaondan, 59.27 (əlli doqquz manat iyirmi yeddi qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 5.73 (beş manat yetmiş üç qəp) manat cərimə Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 2 ƏDƏD QİZİL ZƏMANƏT ULTRA3 İL xidmətindən xx.xx.2022-ci il tarixində imtina etmiş və məhsul 240 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1232.89 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 240 manat, ümumilikdə, 1472.89 manat təşkil edir. Cavabdehin digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 314.86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il və xx.xx.2022-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da, ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 22, 67 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 727 manat olan «SAMSUNG GALAXY A32» markalı mobil telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 85,15 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 559,04 manat olan «XİAOMİ REDMİ 10C» markalı mobil telefon,QCY T17 qulaqlıq alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 01 avqust 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 100 manat əsas borc, 10 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 93,2 manat əsas, 9,8 manat cərimə, ümumilikdə ödənilməmiş 158 manat borcu qalmışdır. İşdə olan 27 iyul 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən xx.xx.2023-cü il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 22, 67 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 408,06 manat olan XİAOMİ REDMİ 12 C NFC” markalı mobil telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 85,15 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1532,16 manat olan “SAMSUNG GALAXY A13 markalı telefon və “XİAOMİ REDMİ NOTE 11” markalı telefon almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan xx.xx.2023-cü il tarixli müqavilə üzrə 93,20 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 59,27 manat, cəmi 152,47 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 9,8 manat və 5,73 manat, cəmi 15.53 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 93,20 manat əsas borc, 9,8 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 59,27 manat əsas, 5,73 manat cərimə, cəmi 166 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 93,20 manat əsas borc, 9,80 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 59,27 manat əsas, 5,73 manat cərimə, cəmi 168 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 93,20 manat əsas borc, 9,8 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 59,27 manat əsas borc, 5,73 manat cərimə, cəmi 168 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 93,20 manat əsas borc, 9,8 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 59,27 manat əsas borc, 5,73 manat cərimə, cəmi 168 (yüz altmış səkkiz ) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar