Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1364/2024 02.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqavilə üzrə 539,4 manat əsas, 53,6 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 312,49 manat əsas, 31,51 manat cərimə və hər iki müqavilə üzrə cəmi 937 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən VİNİL ŞƏFFAF, İMEİ KODU **********27897 SAMSUNG GALAXY A24 markalı telefon, VİNİL MAT, SAMSUNG COMPACT CHARGER, İMEİ KDOU **********80994 SAMSUNG GALAXY A24 markalı telefon markalı telefoanlmış və nəticədə 851(səkkiz yüz əlli bir) manat 0,89(səksən doqquz) qəpik borc yaranmışdır Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 788,04 manat (12 ay x 65.67 manat + 0 manat ilkin ödəniş) VİNİL ŞƏFFAF, İMEİ KODU **********27897 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə,593 manat olmaqla ondan, 539,40 manat ödənilməmiş hissə, güzəşt olunaraq, 53,6 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 813,48 manat (12 ay x 67.79 manat + 0 manat ilkin ödəniş) VİNİL MAT, SAMSUNG COMPACT CHARGER, İMEİ KDOU **********80994 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə, 344 manat olmaqla ondan, 312,49 manat ödənilməmiş hissə, güzəşt olunaraq 31,51 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan xx.xx.2023-cü il tarixli müqavilə üzrə 539,4 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 312,49 manat, cəmi 851,89 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 53,6 manat və 31,51 manat, cəmi 85.11 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da, ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 65,67 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 788,04 manat olan VİNİL ŞƏFFAF, İMEİ KODU **********27897 SAMSUNG GALAXY A24 markalı telefon, VİNİL MAT, SAMSUNG COMPACT CHARGER, İMEİ KDOU **********80994 SAMSUNG GALAXY A24 markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 67,79 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 813,48 manat olan VİNİL MAT, SAMSUNG COMPACT CHARGER, İMEİ KDOU **********80994 SAMSUNG GALAXY A24 markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 08 oktyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 539,40 manat əsas borc, 53,6 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 312,49 manat əsas, 31,51 manat cərimə, ümumilikdə ödənilməmiş 937 manat borcu qalmışdır. İşdə olan 03 oktyabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 65,67 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 788,04 manat olan VİNİL ŞƏFFAF, İMEİ KODU **********27897 SAMSUNG GALAXY A24 markalı telefon, VİNİL MAT, SAMSUNG COMPACT CHARGER, İMEİ KDOU **********80994 SAMSUNG GALAXY A24 markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 67,79 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 813,48 manat olan VİNİL MAT, SAMSUNG COMPACT CHARGER, İMEİ KDOU **********80994 SAMSUNG GALAXY A24 markalı telefon almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan xx.xx.2023-cü il tarixli müqavilə üzrə 539,4 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 312,49 manat, cəmi 851,89 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 53,6 manat və 31,51 manat, cəmi 85.11 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 539,4 manat əsas borc, 53,6 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 312,49 manat əsas, 31,51 manat cərimə, cəmi 937 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə 539,4 manat əsas borc, 53,6 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 312,49 manat əsas, 31,51 manat cərimə, cəmi 937 manat pulun Cavabdeh manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 539,4 manat əsas borc, 53,6 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 312,49 manat əsas, 31,51 manat cərimə, cəmi 937 manat pulun Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 539,4 manat əsas borc, 53,6 manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 312,49 manat əsas borc, 31,51 manat cərimə, cəmi 937 (doqquz yüz otuz yeddi ) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1364/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1364/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver