Məhkəmə qərarları › İş №e-2(055)-138/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-138/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-138/2024 19.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 310.30 manat əsas borc, 46.50 manat cərimə borcu, cəmi 356.80 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “LG” markalı televizor, mətbəx üçün qazan dəsti və aksessuara görə 18 ay müddətinə hər ay 54 manat ödəməklə, ümumilikdə 955.90 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Fiver” markalı soba və “Eurogold” markalı ütü masasına görə 18 ay müddətinə hər ay 23 manat, ümumilikdə 409.90 manat, hər iki müqavilə üzrə ümumilikdə 1365.80 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə gecikdirdiyi hər bir günə görə cəmi 465 manat cərimə hesablanmışdır. Lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və hər iki müqavilə üzrə cərimə məbləği cəmi 46.50 manat hesablanmışdır. Ona görə də, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 310.30 manat əsas borc, 46.50 manat cərimə borcu, cəmi 356.80 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələrindən və həmin müqaviləyə əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “LG” markalı televizor, mətbəx üçün qazan dəsti və aksessuara görə 18 ay müddətinə hər ay 54 manat ödəməklə, ümumilikdə 955.90 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Fiver” markalı soba və “Eurogold” markalı ütü masasına görə 18 ay müddətinə hər ay 23 manat, ümumilikdə 409.90 manat, hər iki müqavilə üzrə ümumilikdə 1365.80 manat ödəmək şərti ilə qeyd olunan məhsulların alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “LG” markalı televizor, mətbəx üçün qazan dəsti və aksessuara görə 18 ay müddətinə hər ay 54 manat ödəməklə, ümumilikdə 955.90 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Fiver” markalı soba və “Eurogold” markalı ütü masasına görə 18 ay müddətinə hər ay 23 manat, ümumilikdə 409.90 manat, hər iki müqavilə üzrə ümumilikdə 1365.80 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə ümumilikdə 465 manat cərimə hesablanmış, lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i güzəşt olunaraq cavabdehə hər iki müqavilə üzrə cəmi 46.50 manat cərimə hesablanmışdır. Ona görə də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 310.30 manat əsas borc, 46.50 manat cərimə borcu, cəmi 356.80 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 310.30 manat əsas borc, 46.50 manat cərimə borcu, cəmi 356.80 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 310.30 manat əsas borc, 46.50 manat cərimə borcu, cəmi 356.80 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 310.30 manat əsas borc, 46.50 manat cərimə borcu, cəmi 356(üç yüz əlli altı) manat 80(səksən) qəpik pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30(otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar