Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-139/2025 21.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 iyul 2024-cü il tarixli müqavilə üzrə 432 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 129,6 manat cərimənin, 21 iyul 2024-cü il tarixli müqavilə üzrə 240 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 72 manat cərimənin, 29 iyul 2024cü il tarixli müqavilə üzrə 240 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 72 manat cərimənin, 02 avqust 2024-cü il tarixli müqavilə üzrə 280,8 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 84,24 manat cərimənin və 06 avqust 2024-cü il tarixli müqavilə üzrə 535,32 manat əsas borcun, 160,6 manat cərimənin, ümumilikdə 1728,12 manat əsas borcun, 94,4 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun, 518,44 manat cərimənin və 43,41 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 36 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 432 manat, İMEİ kod **********75198 “OPPO A38” markalı bir ədəd telefon almışdır. Bundan başqa 21 iyul 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 20 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 240 manat, İMEİ kod **********68564 olan “XİAOMİ REDMİ A3” markalı telefon almışdır. Bundan başqa 29 iyul 2024-cü tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 20 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 240 manat, İMEİ kod **********97866 olan “XİAOMİ REDMİ A3” markalı telefon almışdır. Bundan başqa 02 avqust 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 23,4 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 280,8 manat, İMEİ kod **********19928 olan “XİAOMİ REDMİ 13C” markalı telefon almışdır. Bundan başqa 06 avqust 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 29,74 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 535,32 manat, İMEİ kod **********02815 olan “SAMSUNG GALAXY A15” markalı telefon almışdır. Lakin, Cavabdeh 13 iyul 2024-cü il, 21 iyul 2024-cü il, 29 iyul 2024-cü il, 02 avqust 2024-cü il və 06 avqust 2024-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yetinə yetirməmiş və nəticədə beş müqavilə üzrə ümumilikdə iddiaçıya 1728,12 manat əsas borc, 94,4 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 518,44 manat cərimə, cəmi 2340,96 manat borc ödənilməmiş qalmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Ona görə də Cavabdeh 13 iyul 2024-cü il tarixli müqavilə üzrə 432 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 129,6 manat cərimənin, 21 iyul 2024-cü il tarixli müqavilə üzrə 240 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 72 manat cərimənin, 29 iyul 2024-cü il tarixli müqavilə üzrə 240 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 72 manat cərimənin, 02 avqust 2024-cü il tarixli müqavilə üzrə 280,8 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 84,24 manat cərimənin və 06 avqust 2024-cü il tarixli müqavilə üzrə 535,32 manat əsas borcun, 160,6 manat cərimənin, ümumilikdə 2340,96 manat borcun və 43,41 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 13 iyul 2024-cü il tarixli 04007696 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 36 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 432 manat, İMEİ kod **********75198 “OPPO A38” telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 21 iyul 2024-cü il tarixli 12341549 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 20 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 240 manat, İMEİ kod **********68564 olan “XİAOMİ REDMİ A3” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 29 iyul 2024-cü tarixli ********* saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 20 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 240 manat, İMEİ kod **********97866 olan “XİAOMİ REDMİ A3” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 02 avqust 2024-cü il tarixli 10777467 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 23,4 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 280,8 manat, İMEİ kod **********19928 olan “XİAOMİ REDMİ 13C” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır . İşdə olan 06 avqust 2024-cü il tarixli 11234810 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 29,74 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 535,32 manat, İMEİ kod **********02815 olan “SAMSUNG GALAXY A15” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 29 noyabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 13 iyul 2024-cü il, 21 iyul 2024-cü il, 29 iyul 2024-cü il, 02 avqust 2024-cü il və 06 avqust 2024-cü il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 04 dekabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13 iyul 2024-cü il tarixli müqavilə üzrə 432 manat əsas borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum və 129,6 manat cərimə, 21 iyul 2024-cü il tarixli müqavilə üzrə 240 manat əsas borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum və 72 manat cərimə, 29 iyul 2024-cü il tarixli müqavilə üzrə 240 manat əsas borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum və 72 manat cərimə, 02 avqust 2024-cü il tarixli müqavilə üzrə 280,8 manat əsas borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum və 84,24 manat cərimə və 06 avqust 2024-cü il tarixli müqavilə üzrə 535,32 manat əsas borcu, 160,6 manat cərimə, ümumilikdə ödənilməmiş 2340,96 manat əsas borcu, 94,4 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum və 518,44 manat cərmə qalmışdır. Cavabdeh müqavilələr üzrə heç bir ödəniş etməmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 36 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 432 manat, İMEİ kod **********75198 “OPPO A38” markalı bir ədəd telefon almış, bundan başqa 21 iyul 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 20 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 240 manat, İMEİ kod **********68564 olan “XİAOMİ REDMİ A3” markalı telefon almış, bundan başqa 29 iyul 2024-cü tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 20 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 240 manat, İMEİ kod **********97866 olan “XİAOMİ REDMİ A3” markalı telefon almış, bundan başqa 02 avqust 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 23,4 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 280,8 manat, İMEİ kod **********19928 olan “XİAOMİ REDMİ 13C” markalı telefon almış, bundan başqa 06 avqust 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 29,74 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 535,32 manat, İMEİ kod **********02815 olan “SAMSUNG GALAXY A15” markalı telefon almış, lakin aldığı telefonların pulunu ödəməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilələr üzrə müvafiq olaraq 129,6 manat, 72 manat, 72 manat, 84,24 manat və 160,6 manat, cəmi 518,44 manat cərimə hesablanmış və eyni zamanda dörd müqavilə üzrə İnnovativ Layihələr Mərkəzinə ödənilən 94,4 manat rüsum hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 13 iyul 2024-cü il tarixli müqavilə üzrə 432 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 129,6 manat cərimənin, 21 iyul 2024-cü il tarixli müqavilə üzrə 240 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 72 manat cərimənin, 29 iyul 2024-cü il tarixli müqavilə üzrə 240 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 72 manat cərimənin, 02 avqust 2024-cü il tarixli müqavilə üzrə 280,8 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 84,24 manat cərimənin və 06 avqust 2024-cü il tarixli müqavilə üzrə 535,32 manat əsas borcun, 160,6 manat cərimənin, ümumilikdə 1728,12 manat əsas borcun, 94,4 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun, 518,44 manat cərimənin alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 13 iyul 2024-cü il tarixli müqavilə üzrə 432 manat əsas borcun, 129,6 manat cərimənin, 21 iyul 2024-cü il tarixli müqavilə üzrə 240 manat əsas borcun, 72 manat cərimənin, 29 iyul 2024-cü il tarixli müqavilə üzrə 240 manat əsas borcun, 72 manat cərimənin, 02 avqust 2024-cü il tarixli müqavilə üzrə 280,8 manat əsas borcun, 84,24 manat cərimənin və 06 avqust 2024-cü il tarixli müqavilə üzrə 535,32 manat əsas borcun,160,6 manat cərimənin, ümumilikdə 1728,12 manat əsas borcun, 518,44 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 518,44 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 13 iyul 2024-cü il tarixli müqavilə üzrə 129,6 manat cərimənin məbləği 40 manatadək, 21 iyul 2024-cü il tarixli müqavilə üzrə 72 manat cərimənin məbləği 20 manatadək, 29 iyul 2024-cü il tarixli müqavilə üzrə 72 manat cərimənin məbləği 20 manatadək, 02 avqust 2024-cü il tarixli müqavilə üzrə 84,24 manat cərimənin məbləği 28 manatadək və 06 avqust 2024-cü il tarixli müqavilə üzrə 160,6 manat cərimənin məbləği 50 manatadək azaldılmalıdır. Məhkəmə həmçinin də iddianın İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumla bağlı hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən 13 iyul 2024-cü il tarixli müqavilə üzrə 23,6 manat rüsumun, 21 iyul 2024-cü il tarixli müqavilə üzrə 23,6 manat rüsumun, 29 iyul 2024-cü il tarixli müqavilə üzrə 23,6 manat rüsumun və 02 avqust 2024-cü il tarixli müqavilə üzrə 23,6 manat rüsumun İnnovativ Layihələr Mərkəzinə ödənilməsi iddiada göstərilsədə, həmin rüsumların ödənilməsini təsdiq edən ödəniş qəbzləri və ya hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buradan da görünür ki, iddiaçının iddianın bu hissəsi ilə bağlı tələbi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13 iyul 2024-cü il tarixli müqavilə üzrə 432 manat əsas borc, 40 manat cərimə, 21 iyul 2024-cü il tarixli müqavilə üzrə 240 manat əsas borc, 20 manat cərimə, 29 iyul 2024-cü il tarixli müqavilə üzrə 240 manat əsas borc, 20 manat cərimə, 02 avqust 2024-cü il tarixli müqavilə üzrə 280,8 manat əsas borc, 28 manat cərimə və 06 avqust 2024-cü il tarixli müqavilə üzrə 535,32 manat əsas borc, 50 manat cərimə, ümumilikdə 1728,12 manat əsas borc, 158 manat cərimə alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 11 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 43,41 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 43,41 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 13 iyul 2024-cü il tarixli müqavilə üzrə 432 manat əsas borc, 40 manat cərimə, 21 iyul 2024-cü il tarixli müqavilə üzrə 240 manat əsas borc, 20 manat cərimə, 29 iyul 2024-cü il tarixli müqavilə üzrə 240 manat əsas borc, 20 manat cərimə, 02 avqust 2024-cü il tarixli müqavilə üzrə 280,8 manat əsas borc, 28 manat cərimə və 06 avqust 2024-cü il tarixli müqavilə üzrə 535,32 manat əsas borc, 50 manat cərimə, ümumilikdə 1728 (bir min yeddi yüz iyirmi səkkiz) manat 12 (on iki) qəpik əsas borc və 158 (bir yüz əlli səkkiz) manat cərimə alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 43 (qırx üç) manat 41 (qırx bir) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-139/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-139/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver