Məhkəmə qərarları › İş №e-2(055)-1395/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1395/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1395/2023 19.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 oktyabr 2022-ci il tarixli müqavilə üzrə “HUAWEİ WATCH GT 3 ACTİVE” qol saatı üçün 455,37 manat əsas borc, 45,63 manat cərimə, 05 noyabr 2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********05884 olan “SAMSUNG GALAXY A03S” markalı telefon üçün 270 manat əsas borc, 27 manat cərimə və 28 noyabr 2022-ci il tarixli müqavilə üzrə İMEİ KODU **********62600 olan “BLACKVİEW A95” markalı telefon üçün 586,63 manat əsas borc, 58,37 manat cərimə, cəmi 1443 manat pulun və 34,43 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 50,67 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 608,04 manat olan “HUAWEİ WATCH GT 3 ACTİVE” qol saatı almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2022ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 21 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 27 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 345 manat, İMEİ kodu **********05884 olan “SAMSUNG GALAXY A03S” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 2,10 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 53,33 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 642,06 manat, İMEİ kodu **********62600 olan “BLACKVİEW A95” markalı telefon almışdır. Lakin Cavabdeh 01 oktyabr 2022-ci il tarixli, 05 noyabr 2022-ci il tarixli və 28 noyabr 2022-ci il tarixli müqavilələr üzrə ümumilikdə 283,10 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 01 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 455,37 manat, 05 noyabr 2022-ci il tarixli müqavilə üzrə 270 manat və 28 noyabr 2022-ci il tarixli müqavilə üzrə 586,63 manat, cəmi 1312 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 45,63 manat, 27 manat və 58,37 manat, cəmi 131 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 01 oktyabr 2022ci il tarixli müqavilə üzrə 455,37 manat əsas borc, 45,63 manat cərimə, 05 noyabr 2022-ci il tarixli müqavilə üzrə 270 manat əsas borc, 27 manat cərimə və 28 noyabr 2022-ci il tarixli müqavilə üzrə 586,63 manat əsas borc, 58,37 manat cərimə, cəmi 1443 manat pulun və 34,43 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 01 oktyabr 2022-ci il tarixli, 04802276 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 50,67 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 608,04 manat olan “HUAWEİ WATCH GT 3 ACTİVE” qol saatının alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 05 noyabr 2022-ci il tarixli, 03913271 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 21 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 27 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 345 manat, İMEİ kodu **********05884 olan “SAMSUNG GALAXY A03S” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 28 noyabr 2022-ci il tarixli, 14341501 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 2,10 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 53,33 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 642,06 manat, İMEİ kodu **********62600 olan “BLACKVİEW A95” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 24 oktyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05 noyabr 2022-ci il tarixli müqavilə üzrə 270 manat əsas borc, 27 manat cərimə, 28 noyabr 2022-ci il tarixli müqavilə üzrə 586,63 manat əsas borc, 58,37 manat cərimə və 01 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 455,37 manat əsas borc, 45,63 manat cərimə, ümumilikdə ödənilməmiş 1443 manat borcu qalmışdır. Cavabdeh 05 noyabr 2022ci il tarixli müqavilə üzrə 75 manat, 28 noyabr 2022-ci il tarixli müqavilə üzrə 55,43 manat və 01 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 152,67 manat, ümumilikdə 283,10 manat ödəniş etmişdir. İşdə olan 10 oktyabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 01 oktyabr 2022-ci, 05 noyabr 2022-ci və 28 noyabr 2022-ci il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 50,67 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 608,04 manat olan “HUAWEİ WATCH GT 3 ACTİVE” qol saatı almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 21 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 27 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 345 manat, İMEİ kodu **********05884 olan “SAMSUNG GALAXY A03S” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 2,10 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 53,33 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 642,06 manat, İMEİ kodu **********62600 olan “BLACKVİEW A95” markalı telefon almışdır. Lakin Cavabdeh 01 oktyabr 2022-ci il tarixli, 05 noyabr 2022-ci il tarixli və 28 noyabr 2022-ci il tarixli müqavilələr üzrə ümumilikdə 283,10 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 01 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 455,37 manat, 05 noyabr 2022-ci il tarixli müqavilə üzrə 270 manat və 28 noyabr 2022-ci il tarixli müqavilə üzrə 586,63 manat, cəmi 1312 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 45,63 manat, 27 manat və 58,37 manat, cəmi 131 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 01 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 455,37 manat əsas borc, 45,63 manat cərimə, 05 noyabr 2022-ci il tarixli müqavilə üzrə 270 manat əsas borc, 27 manat cərimə və 28 noyabr 2022-ci il tarixli müqavilə üzrə 586,63 manat əsas borc, 58,37 manat cərimə, cəmi 1443 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 01 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 455,37 manat əsas borc, 45,63 manat cərimə, 05 noyabr 2022-ci il tarixli müqavilə üzrə 270 manat əsas borc, 27 manat cərimə və 28 noyabr 2022-ci il tarixli müqavilə üzrə 586,63 manat əsas borc, 58,37 manat cərimə, cəmi 1443 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 01 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən 455,37 manat əsas borc, 45,63 manat cərimə, 05 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 270 manat əsas borc, 27 manat cərimə və 28 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 586,63 manat əsas borc, 58,37 manat cərimə, cəmi 1443 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 25 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 34,43 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34,43 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 01 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən 455,37 manat əsas borc, 45,63 manat cərimə, 05 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 270 manat əsas borc, 27 manat cərimə və 28 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 586,63 manat əsas borc, 58,37 manat cərimə, cəmi 1443 (bir min dörd yüz qırx üç) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34 (otuz dörd) manat 43 (qırx üç) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar