Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1398/2025 13.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 noyabr 2024-cü il, 23 fevral 2025-ci il tarixli müqavilələr üzrə ümumi olaraq 561,80 manat əsas borc, 56,18 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 641,58 manat ümumu borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 126 manat ilkin ödəniş edərək 12 ay müddətinə hər ay 30,50 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 492 manat məbləğində “PAKET M” xidməti daxil bir ədəd İMEİ KODU **********11920 olan “HONOR X8B” markalı telefon, 23 fevral 2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 96 manat ilkin ödəniş edərək 12 ay müddətinə hər ay 21,40 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 352,80 manat məbləğində bir ədəd İMEİ KODU **********45121 olan “HONOR X6B markalı telefon almışdır. Lakin Cavabdeh müqavilələr üzrə tam ödəniş etməmiş və nəticədə 22 noyabr 2024-cü il tarixli müqavilə üzrə 305 manat, 23 fevral 2025-ci il tarixli müqavilə üzrə 256,80 manat olmaqla cəmi 561,80 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqaviləyə əsasən İMEİ KODU **********11920 olan “HONOR X8B” markalı telefonun açılıb bağlanılması xidmətinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 22 noyabr 2024-cü il tarixli müqavilə üzrə 30,50 manat, 23 fevral 2025-ci il tarixli müqavilə üzrə 26,68 manat olmaqla ümumilikdə 56,18 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 22 noyabr 2024-cü il və 23 fevral 2025-ci il tarixli müqavilələr üzrə ümumilikdə 561,80 manat əsas borc, 56,18 manat cərimə, innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla cəmi 641,58 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 22 noyabr 2024-cü il tarixli müqavilədən görünür ki, 12 ay müddətinə hər ay 30,50 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 492 manat məbləğində bir ədəd İMEİ KODU **********11920 olan “HONOR X8B” markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 23 fevral 2025-ci il tarixli müqavilədən görünür ki, 12 ay müddətinə hər ay 21,40 manat ödəməyi öhdəsinə götürməklə zəmanət və xidmət daxil olmaqla ümumi dəyəri 352,80 manat məbləğində bir ədəd İMEİ KODU **********45121 olan “HONOR X6B markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 16 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 22 noyabr 2024-cü il, 23 fevral 2025-ci il müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan İnnovativ Layihələr Mərkəzinin 04 avqust 2025-ci il tarixli təhvil-təslim aktından və 22 avqust 2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh müqavilə əsasında satılmış İMEİ KODU **********11920 olan “HONOR X8B” markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. İşdə olan 22 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22 noyabr 2024-cü il tarixli müqavilə üzrə 305 manat əsas borc, innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat və 30,50 manat cərimə olmaqla cəmi 359,10 manat, 23 fevral 2025-ci il tarixli müqavilə üzrə 256,80 manat əsas borc, 25,68 manat cərimə olmaqla, cəmi 282,48 manat olmaqla hər iki müqvilə üzrə ümumi olaraq 561,80 manat əsas borc, 56,18 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla ümumilikdə 641,58 manat borcu vardır. Cavabdeh hər üç müqavilə üzrə 283 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 126 manat ilkin ödəniş edərək 12 ay müddətinə hər ay 30,50 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 492 manat məbləğində “PAKET M” xidməti daxil bir ədəd İMEİ KODU **********11920 olan “HONOR X8B” markalı telefon, 23 fevral 2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 96 manat ilkin ödəniş edərək 12 ay müddətinə hər ay 21,40 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 352,80 manat məbləğində bir ədəd İMEİ KODU **********45121 olan “HONOR X6B markalı telefon almışdır. Lakin Cavabdeh müqavilələr üzrə tam ödəniş etməmiş və nəticədə 22 noyabr 2024-cü il tarixli müqavilə üzrə 305 manat, 23 fevral 2025-ci il tarixli müqavilə üzrə 256,80 manat olmaqla cəmi 561,80 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqaviləyə əsasən İMEİ KODU **********11920 olan “HONOR X8B” markalı telefonun açılıb bağlanılması xidmətinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 22 noyabr 2024-cü il tarixli müqavilə üzrə 30,50 manat, 23 fevral 2025-ci il tarixli müqavilə üzrə 26,68 manat olmaqla ümumilikdə 56,18 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 22 noyabr 2024-cü il və 23 fevral 2025-ci il tarixli müqavilələr üzrə ümumilikdə 561,80 manat əsas borc, 56,18 manat cərimə, innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla cəmi 641,58 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 22 noyabr 2024-cü il, 23 fevral 2025-ci il müqavilələr üzrə 561,80 manat əsas borcun və 56,18 manat cərimənin və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 641,58 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 22 noyabr 2024-cü il tarixli müqavilə üzrə 30,50 manat, 23 fevral 2025-ci il tarixli müqavilə üzrə isə 25,68 manat məbləğində hesablanan dəbbə pullarının (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı müvafiq olaraq 15 manat və 10 manat olmaqla 25 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 22 noyabr 2024-cü il, 23 fevral 2025-ci il müqavilələr üzrə 561,80 manat əsas borc və 25 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla cəmi 610,40 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 26 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 22 noyabr 2024-cü il tarixli müqavilə üzrə 305 manat əsas borc, 15 manat cərimə, 23 fevral 2025-ci il tarixli müqavilə üzrə 256,80 manat əsas borc, 10 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 610 (altı yüz on) manat 40 (qırx) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1398/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1398/2025
13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver