Məhkəmə qərarları › İş №e-2(055)-1402/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1402/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1402/2025 13.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 fevral 2023-cü il, 04 fevral 2024-cü il, 26 aprel 2024-cü il tarixli müqavilələr üzrə ümumi olaraq 1500,37 manat əsas borc, 150,037 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 1674,01 manat ümumu borcun və 36,75 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə hər ay 10,11 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 181,98 manat məbləğində bir ədəd “HONOR EARBUDS 2” markalı qulaqlıq, 04 fevral 2024-cü il tarixli müqaviləyə əsasən 16 ay müddətinə hər ay 98,10 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət və xidmət daxil olmaqla ümumi dəyəri 1569,60 manat məbləğində bir ədəd “HOFFMANN” markalı kombi, stablizator və ona aid dörd ədəd seksiya və 26 aprel 2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş olaraq 50 manat ödəyərək 18 ay müddətinə hər ay 116,53 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət və xidmət daxil olmaqla ümumi dəyəri 2147,54 manat məbləğində bir ədəd İMEİ KODU **********84833 olan “İPHONE 13” markalı telefon və ona aid aksesuarlar almışdır. Lakin Cavabdeh müqavilələr üzrə cəmi 2398,75 manat ödəniş etmiş və nəticədə 09 fevral 2023-cü il tarixli müqavilə üzrə 20,22 manat, 04 fevral 2024-cü il tarixli müqavilə üzrə 737,30 manat və 26 aprel 2024-cü tarixli müqavilə üzrə 742,85 manat olmaqla ümumi olaraq 1500,37 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqaviləyə əsasən İMEİ KODU **********84833 olan “İPHONE 13” markalı telefonun açılıb bağlanılması xidmətinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 09 fevral 2023-cü il tarixli müqavilə üzrə 2,02 manat, 04 fevral 2024-cü il tarixli müqavilə üzrə 73,73 manat , 26 aprel 2024-cü il tarixli müqavilə üzrə 74,29 manat olmaqla ümumilikdə 150,037 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 09 fevral 2023-cü il, 04 fevral 2024-cü il və 26 aprel 2024-cü tarixli müqavilələr üzrə ümumilikdə 1500,37 manat əsas borc, 150,037 manat cərimə, innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla cəmi 1674,01 manat borcun və 36,75 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 09 fevral 2023-cü il tarixli müqavilədən görünür ki, 18 ay müddətinə hər ay 10,11 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 181,98 manat məbləğində bir ədəd “HONOR EARBUDS 2” markalı qulaqlıq alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 04 fevral 2024-cü il tarixli müqavilədən görünür ki, 16 ay müddətinə hər ay 98,10 manat ödəməyi öhdəsinə götürməklə zəmanət və xidmət daxil olmaqla ümumi dəyəri 1569,60 manat məbləğində bir ədəd “HOFFMANN” markalı kombi, stablizator və ona aid dörd ədəd seksiya alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 26 aprel 2024-cü il tarixli müqavilədən görünür ki, 50 manat ilkin ödəniş elilərək 18 ay müddətinə hər ay 116,53 manat ödəməyi öhdəsinə götürməklə zəmanət və xidmət daxil olmaqla ümumi dəyəri 2147,54 manat məbləğində bir ədəd İMEİ KODU **********84833 olan “İPHONE 13” markalı telefon və ona aid aksesuarlar alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 02 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 09 fevral 2023-cü il, 04 fevral 2024-cü il, 26 aprel 2024-cü tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan İnnovativ Layihələr Mərkəzinin 04 avqust 2025-ci il tarixli təhvil-təslim aktından və 21 avqust 2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh müqavilə əsasında satılmış İMEİ KODU **********84833 olan “İPHONE 13” markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. İşdə olan 21 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09 fevral 2023-cü il tarixli müqavilə üzrə 20,22 manat əsas borc, 2,02 manat cərimə olmaqla cəmi 22,24 manat, 04 fevral 2024-cü il tarixli müqavilə üzrə 737,30 manat əsas borc, 73,73 manat cərimə olmaqla, cəmi 811,03 manat və 26 aprel 2024-cü tarixli müqavilə üzrə 742,85 manat əsas borc, innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat və 74,29 manat cərimə, cəmi 840,74 manat borc olmaqla hər üç müqvilə üzrə ümumi olaraq 1500,37 manat əsas borc, 150,037 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla ümumilikdə 1674,01 manat borcu vardır. Cavabdeh hər üç müqvilə üzrə cəmi 2398,75 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə hər ay 10,11 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 181,98 manat məbləğində bir ədəd “HONOR EARBUDS 2” markalı qulaqlıq, 04 fevral 2024-cü il tarixli müqaviləyə əsasən 16 ay müddətinə hər ay 98,10 manat ödəməyi öhdəsinə götürməklə zəmanət və xidmət daxil olmaqla ümumi dəyəri 1569,60 manat məbləğində bir ədəd “HOFFMANN” markalı kombi, stablizator və ona aid dörd ədəd seksiya və 26 aprel 2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş olaraq 50 manat ödəyərək 18 ay müddətinə hər ay 116,53 manat ödəməyi öhdəsinə götürməklə zəmanət və xidmət daxil olmaqla ümumi dəyəri 2147,54 manat məbləğində bir ədəd İMEİ KODU **********84833 olan “İPHONE 13” markalı telefon və ona aid aksesuarlar almışdır. Lakin Cavabdeh müqavilələr üzrə cəmi 2398,75 manat ödəniş etmiş və nəticədə 09 fevral 2023cü il tarixli müqavilə üzrə 20,22 manat, 04 fevral 2024-cü il tarixli müqavilə üzrə 737,30 manat və 26 aprel 2024-cü tarixli müqavilə üzrə 742,85 manat olmaqla ümumi olaraq 1500,37 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqaviləyə əsasən İMEİ KODU **********84833 olan “İPHONE 13” markalı telefonun açılıb bağlanılması xidmətinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 09 fevral 2023-cü il tarixli müqavilə üzrə 2,02 manat, 04 fevral 2024-cü il tarixli müqavilə üzrə 73,73 manat , 26 aprel 2024-cü il tarixli müqavilə üzrə 74,29 manat olmaqla ümumilikdə 150,037 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 09 fevral 2023-cü il, 04 fevral 2024-cü il və 26 aprel 2024-cü tarixli müqavilələr üzrə ümumilikdə 1500,37 manat əsas borc, 150,037 manat cərimə, innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla cəmi 1674,01 manat borcun və 36,75 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 09 fevral 2023-cü il, 04 fevral 2024-cü il, 26 aprel 2024-cü tarixli müqavilələr üzrə 1500,37 manat əsas borcun və 150,037 manat cərimənin və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 1674,01 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 09 fevral 2023-cü il tarixli müqavilə üzrə 2,02 manat, 04 fevral 2024-cü il tarixli müqavilə üzrə 73,73 manat, 26 aprel 2024-cü il tarixli müqavilə üzrə 74,29 manat məbləğində hesablanan dəbbə pullarının (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı müvafiq olaraq 1 manat, 30 manat, 30 manat olmaqla 61 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 09 fevral 2023-cü il, 04 fevral 2024-cü il və 26 aprel 2024-cü il tarixli müqavilələr üzrə 1500,37 manat əsas borc və 61 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla cəmi 1584,97 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 26 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 36,75 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36,75 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 09 fevral 2023-cü il tarixli müqavilə üzrə 20,22 manat əsas borc, 1 manat cərimə, 04 fevral 2024-cü il tarixli müqavilə üzrə 737,30 manat əsas borc, 30 manat cərimə və 26 aprel 2024-cü tarixli müqavilə üzrə 742,85 manat əsas borc, 30 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 1584 (bir min beş yüz səksən dörd) manat 97 (doxsan yeddi) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 (otuz altı) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar