Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1404/2025 13.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 262,90 manat əsas borc, 39,40 manat cərimə, cəmi 302.30 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ilkin ödəniş olaraq 40 manat ödəyərək iddiaçıdan “SAMSUNG A057 LİGHT VİOLET 64 GB markalı telefon, bir ədəd “X1 Samsung USB-C Port 25w EP-T2510NWEGRU White 012913” markalı və bir ədəd Hİ-Fİ Wireless Borofone BW03 White (012219) markalı aksesuar alınması üçün 18 ay müddətinə hər ay 21 manat, sonuncu ay isə 10,97 manat, cəmi 367,97 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 06 avqust 2024-ci il tarixli müqavilə üzrə sonuncu dəfə 30 manat ödəniş etmiş, lakin qalan 262,90 manat borcu ödəməkdən yayınmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə gecikdirdiyi hər bir günə görə gecikdirilən borc məbləginin 1% dərəcəsi ilə gündəlik dəbbə pulu olaraq ümümilikdə 394 manat cərimə hesablanmışdır. Lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilə üzrə cərimə məbləği 39,40 manat hesablanmışdır. Ona görə də, Cavabdeh 06 avqust 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 262,90 manat əsas borc, 39,40 manat cərimə, cəmi 302.30 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 06 avqust 2024-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən, ona 1 saylı əlavədən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilə Cavabdeh “SAMSUNG A057 LİGHT VİOLET 64 GB” markalı telefon, bir ədəd “X1 Samsung USB-C Port 25w EP- T2510NWEGRU White 012913” markalı və bir ədəd Hİ-Fİ Wireless Borofone BW03 White (012219) markalı aksesuara görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 18 ay müddətinə hər ay 21 manat, sonuncu ay isə 10,97 manat olmaqla, cəmi 367,97 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 11 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 06 avqust 2024-cü il tarixli müqavilə üzrə 262,90 manat əsas borcu, 394 manat cərimə, ümumilikdə ödənilməmiş 656,90 manat borcu qalmışdır. İşdə olan 06 avqust 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 06 avqust 2024-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 262,90 manat əsas borc, 394 manat cərimə, ümumilikdə ödənilməmiş 656,90 manat borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan aldığı bir ədəd ““SAMSUNG A057 LİGHT VİOLET 64 GB” markalı telefon, bir ədəd “X1 Samsung USB-C Port 25w EP- T2510NWEGRU White 012913” markalı və bir ədəd Hİ-Fİ Wireless Borofone BW03 White (012219) markalı aksesuar üçün 18 ay müddətinə hər ay 21 manat, sonuncu ay isə 10,97 manat, cəmi 367,97 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 06 avqust 2024-ci il tarixli müqavilə üzrə sonuncu dəfə 30 manat ödəniş etmiş, lakin qalan 262,90 manat borcu ödəməkdən yayınmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə gecikdirdiyi hər bir günə görə gecikdirilən borc məbləginin 1% dərəcəsi ilə gündəlik dəbbə pulu olaraq ümümi 394 manat cərimə hesablanmışdır. Lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilə üzrə cərimə məbləği 39,40 manat hesablanmışdır. Ona görə də Cavabdeh 06 avqust 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 262,90 manat əsas borc, 39,40 manat cərimə, cəmi 302.30 manat borcun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 262,90 manat əsas borc və 39,40 manat cərimə, ümumilikdə cəmi 302.30 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 06 avqust 2024-cü il tarixli ********* saylı müqavilə üzrə tələb olunan 39,40 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06 avqust 2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 262,90 manat əsas borc, 10 manat cərimə, cəmi 272,90 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 29 avqust 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 06 avqust 2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 262,90 manat əsas borc, 10 manat cərimə, cəmi 272 (iki yüz yetmiş iki) manat 90 (doxsan) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1404/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1404/2025
13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver