Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1405/2025 13.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 may 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 249,90 manat əsas borc, 37,40 manat cərimə və 05 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 344,40 əsas borc, 51,60 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 683,30 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 may 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə hər ay 25 manat, sonuncu ay 24,99 manat, cəmi 449,99 manat ödəniş etməyi öhdəsinə götürməklə “HONOR X7b 8GB/128GB Midnight Black” markalı telefon və 05 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə hər ay 42 manat, sonuncu ay isə 35,99 manat, cəmi 749,99 manat ödəniş etməyi öhdəsinə götürməklə “HONOR X9b 8GB/ 256GB Emerald Green” markalı telefon almışdır. Lakin Cavabdeh hər iki müqavilə üzrə sonuncu dəfə müvafiq olaraq 19 manat və 38,50 manat, cəmi 57,50 manat ödəniş etmiş, 12 may 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 249,90 manat, 05 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə isə 344,40 manat olmaqla, cəmi 594,30 manat əsas borcu ödəməkdən yayınmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona gecikdirdiyi hər bir günə görə gecikdirilən borc məbləginin 1% dərəcəsi ilə 12 may 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 374 manat, 05 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 516 manat olmaqla, cəmi 890 manat gündəlik dəbbə pulu olaraq hesablanmış, lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunaraq hər iki müqavilə üzrə cəmi 89 manat cərimə müəyən edilmişdir. Ona görə də, Cavabdeh 12 may 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 249,90 manat əsas borc, 37,40 manat cərimə, 05 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 344,40 manat əsas borc, 51,60 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 683,30 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 may 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsindən, həmin müqaviləyə bir saylı əlavədən və ödəniş cədvəlindən görünür ki, cavabdeh iddiaçıdan 18 ay müddətinə hər ay 25 manat, sonuncu ay 24,99 manat, cəmi 449,99 manat ödəniş etməyi öhdəsinə götürməklə “HONOR X7b 8GB/128GB Midnight Black (**********53529)” markalı telefon almışdır. İşdə olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsindən, həmin müqaviləyə bir saylı əlavədən və ödəniş cədvəlindən görünür ki, cavabdeh iddiaçıdan 18 ay müddətinə hər ay 42 manat, sonuncu ay 35,99 manat, cəmi 749,99 manat ödəniş etməyi öhdəsinə götürməklə “HONOR X9b 8GB/ 256GB Emerald Green” markalı telefon almışdır. İşdə olan 11 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 may 2024-cü il tarixli, saylı müqavilə üzrə 249,90 manat əsas borcu, 374 manat cərimə, ümumilikdə ödənilməmiş 623,90 manat borcu qalmışdır. İşdə olan 11 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05 avqust 2024-cü il tarixli, saylı müqavilə üzrə 344,40 manat əsas borcu, 516 manat cərimə, ümumilikdə ödənilməmiş 860,40 manat borcu qalmışdır. İşdə olan 13 avqust 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 12 may 2024-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 249,90 manat əsas borc, 374 manat cərimə, cəmi 623,90 manat, 05 avqust 2024-cü il tarixli müqavilə üzrə 344,40 manat əsas borc, 516 manat cərimə, cəmi 860,40 manat, ümumilikdə hər iki müqavilə üzrə 1484,30 manat borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, 12 may 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə hər ay 25 manat, sonuncu ay 24,99 manat, cəmi 449,99 manat ödəniş etməyi öhdəsinə götürməklə “HONOR X7b 8GB/128GB Midnight Black” markalı telefon və 05 avqust 2024cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə hər ay 42 manat, sonuncu ay isə 35,99 manat, cəmi 749,99 manat ödəniş etməyi öhdəsinə götürməklə “HONOR X9b 8GB/ 256GB Emerald Green” markalı telefon almışdır. Lakin Cavabdeh hər iki müqavilə üzrə sonuncu dəfə müvafiq olaraq 19 manat və 38,50 manat, cəmi 57,50 manat ödəniş etmiş, 12 may 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 249,90 manat, 05 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə isə 344,40 manat olmaqla, cəmi 594,30 manat əsas borcu ödəməkdən yayınmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona gecikdirdiyi hər bir günə görə gecikdirilən borc məbləginin 1% dərəcəsi ilə 12 may 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 374 manat, 05 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 516 manat olmaqla, cəmi 890 manat gündəlik dəbbə pulu olaraq hesablanmış, lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunaraq hər iki müqavilə üzrə cəmi 89 manat cərimə müəyən edilmişdir. Ona görə də, Cavabdeh 12 may 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 249,90 manat əsas borc, 37,40 manat cərimə, 05 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 344,40 manat əsas borc, 51,60 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 683,30 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 12 may 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 249,90 manat əsas borc, 37,40 manat cərimənin və 05 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 344,40 manat əsas borc, 51,60 manat cərimənin, hər iki müqavilə üzrə ümumilikdə 683,30 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 12 may 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 37,40 manat və 05 avqust 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 51,60 manat məbləğində tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı müqavilələr üzrə müvafiq olaraq 10 manat və 15 manat, cəmi 25 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 may 2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 249,90 manat əsas borc, 10 manat cərimə və 05 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 344,40 manat əsas borc, 15 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 619,30 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 29 avqust 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 12 may 2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 249,90 manat əsas borc, 10 manat cərimə və 05 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 344,40 manat əsas borc, 15 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 619 (altı yüz on doqquz manat) manat 30 (otuz) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1405/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1405/2025
13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver