Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1425/2024 16.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə, Müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyǝ) alqı-satqı müqaviləsi üzrə 247,1 AZN ɔsas 37 AZN cərimə cəmi 284,1 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 351,3 AZN əsas 52,6 AZN cərimə cəmi 403,9 AZN borc xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 157,9 AZN əsas, 23.6 AZN cərimə, cəmi 181,5 AZN borc, ümumilikdə üç müqavilə üzrə 756,3 AZN əsas, 113,2 AZN cərimə, 869.5 AZN cəmi borcun vǝ 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı mobil telefona görə ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 51 manat ödəməklə, ümumilikdə 604,10 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “XİAOMİ” markalı mobil telefona görə ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 44 manat ödəməklə, ümumilikdə 527,30 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı mobil telefona görə ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 20 manat ödəməklə, ümumilikdə 237,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı mobil telefona görə ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 51 manat ödəməklə, ümumilikdə 604,10 manat ödəmək şərti ilə qeyd olunan məhsulun alınması ilə əlaqədar iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “XİAOMİ” markalı mobil telefona görə ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 44 manat ödəməklə, ümumilikdə 527,30 manat ödəmək şərti ilə qeyd olunan məhsulun alınması ilə əlaqədar iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı mobil telefona görə ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 20 manat ödəməklə, ümumilikdə 237,90 manat ödəmək şərti ilə qeyd olunan məhsulun alınması ilə əlaqədar iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 10 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyǝ) alqı-satqı müqaviləsi üzrə 247,1 AZN əsas 370 AZN cərimə cəmi 617,10 AZN borcu qalmışdır. İşdə olan 10 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 351,3 AZN əsas 526 AZN cərimə cəmi 877,30 manat borcu qalmışdır. İşdə olan 10 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 157,9 AZN əsas, 236 AZN cərimə, cəmi 393,90 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 208.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı mobil telefona görə ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 51 manat ödəməklə, ümumilikdə 604,10 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “XİAOMİ” markalı mobil telefona görə ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 44 manat ödəməklə, ümumilikdə 527,30 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı mobil telefona görə ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 20 manat ödəməklə, ümumilikdə 237,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Ona görə də, Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyǝ) alqı-satqı müqaviləsi üzrə 247,1 AZN ɔsas 37 AZN cərimə cəmi 284,1 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqısatqı müqaviləsi üzrə 351,3 AZN əsas 52,6 AZN cərimə cəmi 403,9 AZN borc xx.xx.2023cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 157,9 AZN əsas, 23.6 AZN cərimə, cəmi 181,5 AZN borc ümumilikdə üç müqavilə üzrə 756,3 AZN əsas, 113,2 AZN cərimə, 869.5 AZN cəmi borcun vǝ 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən xx.xx.2023-cü il tarixli № ********* saylı, xx.xx.2023-cü il tarixli № ********* saylı və xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqısatqı müqavilələri üzrə tələb olunan 113,2 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 40 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı, xx.xx.2023-cü il tarixli № ********* saylı və xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqavilələri üzrə 756,3 manat əsas, 40 manat cərimə, cəmi 796,30 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı, xx.xx.2023-cü il tarixli № ********* saylı və xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqavilələri üzrə 756,3 manat əsas, 40 manat cərimə, cəmi 796,3 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 826 (səkkiz yüz iyirmi altı) manat 30(otuz) qəpik pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1425/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1425/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver