Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1433/2024 12.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 iyun 2024-cü il tarixli müqavilə üzrə 642,96 manat əsas borc, 64,04 manat cərimə və 25 iyun 2024-cü il tarixli digər müqavilə üzrə 599,58 manat əsas borc, 59,42 manat cərimə, cəmi 1366 manat borcun və 33,66 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 35,72 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 642,96 manat, İMEİ KOD **********35961 olan “XİAOMİ REDMİ 12” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2024-cü il tarixli digər müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 33,31 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 599,58 manat olan İMEİ KOD **********35706 olan “XİAOMİ REDMİ 12” markalı telefon almışdır. Lakin, cavabdeh hər iki müqavilə üzrə iddiaçıya ödəniş etməmiş və nəticədə 13 iyun 2024-cü il tarixli müqavilə üzrə 642,96 manat və 25 iyun 2024-cü il tarixli digər müqavilə üzrə 599,58 manat, cəmi 1242,54 manat borcu yaranmış, edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyi üçün ona hər iki müqavilə üzrə müvafiq olaraq 64,04 manat və 59,42 manat, cəmi 123,46 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 13 iyun 2024cü il tarixli müqavilə üzrə 642,96 manat əsas borc, 64,04 manat cərimə və 25 iyun 2024-cü il tarixli digər müqavilə üzrə 599,58 manat əsas borc, 59,42 manat cərimə, cəmi 1366 manat borcun və 33,66 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 13 iyun 2024-cü il tarixli, ********* saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 35,72 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 642,96 manat, İMEİ KOD **********35961 olan “XİAOMİ REDMİ 12” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 25 iyun 2024-cü il tarixli, 05992754 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 33,31 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 599,58 manat olan İMEİ KOD **********35706 olan “XİAOMİ REDMİ 12” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 22 oktyabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 13 iyun 2024-cü və 25 iyun 2024-cü il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 23 avqust 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13 iyun 2024-cü il tarixli müqavilə üzrə 642,96 manat əsas borc, 64,04 manat cərimə və 25 iyun 2024-cü il tarixli digər müqavilə üzrə 599,58 manat əsas borc, 59,42 manat cərimə, ümumilikdə ödənilməmiş 1366 manat borcu qalmışdır. Cavabdeh müqavilələr üzrə ödəniş etməmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 35,72 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 642,96 manat, İMEİ KOD **********35961 olan “XİAOMİ REDMİ 12” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2024-cü il tarixli digər müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 33,31 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 599,58 manat olan İMEİ KOD **********35706 olan “XİAOMİ REDMİ 12” markalı telefon almışdır. Lakin, cavabdeh hər iki müqavilə üzrə iddiaçıya ödəniş etməmiş və nəticədə 13 iyun 2024-cü il tarixli müqavilə üzrə 642,96 manat və 25 iyun 2024-cü il tarixli digər müqavilə üzrə 599,58 manat, cəmi 1242,54 manat borcu yaranmış, edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyi üçün ona hər iki müqavilə üzrə müvafiq olaraq 64,04 manat və 59,42 manat, cəmi 123,46 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 13 iyun 2024-cü il tarixli müqavilə üzrə 642,96 manat əsas borc, 64,04 manat cərimə və 25 iyun 2024-cü il tarixli digər müqavilə üzrə 599,58 manat əsas borc, 59,42 manat cərimə, cəmi 1366 manat borcun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 13 iyun 2024-cü il tarixli müqavilə üzrə 642,96 manat əsas borc, 64,04 manat cərimə və 25 iyun 2024-cü il tarixli digər müqavilə üzrə 599,58 manat əsas borc, 59,42 manat cərimə, cəmi 1366 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 13 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 642,96 manat əsas borc, 64,04 manat cərimə və 25 iyun 2024-cü il tarixli digər müqaviləyə əsasən 599,58 manat əsas borc, 59,42 manat cərimə, cəmi 1366 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 30 oktyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 33,66 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33,66 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 13 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 642,96 manat əsas borc, 64,04 manat cərimə və 25 iyun 2024-cü il tarixli digər müqaviləyə əsasən 599,58 manat əsas borc, 59,42 manat cərimə, cəmi 1366 (bir min üç yüz altımış altı) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 (otuz üç) manat 66 (altımış altı) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1433/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1433/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver