Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1438/2025 17.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 fevral 2025-ci il, 22 fevral 2025-ci il, 23 fevral 2025-ci il tarixli müqavilələr üzrə ümumi olaraq 1326,24 manat əsas borc, 132,62 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 1482,46 manat ümumu borcun və 34,83 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh 35 manat ilkin ödəniş edərək 12 ay müddətinə hər ay 29,17 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 385,04 manat məbləğində İMEİ KODU **********50126 olan “SAMSUNG GALAXY A16” markalı və 32 manat ilkin ödəniş edərək 12 ay müddətinə hər ay 26,67 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 352,04 manat məbləğində İMEİ KODU **********46560 olan “XİAOMİ REDMİ 13” markalı iki ədəd telefon, 22 fevral 2025-ci il tarixli müqaviləyə əsasən 45 manat ilkin ödəniş edərək 12 ay müddətinə hər ay 45,35 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət daxil olmaqla ümumi dəyəri 589,20 manat məbləğində “HOFFMANN” tv, “HOFFMANN” caynik, ”FRİTOZ BEKO” markalı üc ədəd avadanlıq və 23 fevral 2025-ci il tarixli müqaviləyə əsasən 10 manat ilkin ödəniş edərək 12 ay müddətinə hər ay 9,33 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət daxil olmaqla ümumi dəyəri 121,96 manat məbləğində olan bir ədəd “FEN YOURS” markalı saçqurudan almışdır. Lakin Cavabdeh müqavilələr üzrə tam ödəniş etməmiş və nəticədə 12 fevral 2025-ci il tarixli müqavilə üzrə 350,04 manat və 320,04 manat olmaqla, cəmi 670,08 manat 22 fevral 2025-ci il tarixli müqavilə üzrə 544,20 manat və 23 fevral 2025-ci tarixli müqavilə üzrə 111,96 manat olmaqla ümumi olaraq 1326,24 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqaviləyə əsasən İMEİ KODU **********46560 olan “XİAOMİ REDMİ 13” markalı telefonun açılıb bağlanılması xidmətinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 12 fevral 2025-ci il tarixli müqavilə üzrə 35 manat və 32 manat olmaqla cəmi 67 manat, 22 fevral 2025-ci il tarixli müqavilə üzrə 54,42 manat, 23 fevral 2025-ci il tarixli müqavilə üzrə 11,20 manat olmaqla ümumilikdə 132,62 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 12 fevral 2025-ci il, 22 fevral 2025-ci il və 23 fevral 2025-ci tarixli müqavilələr üzrə ümumilikdə 1326,24 manat əsas borc, 132,62 manat cərimə, innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 1482,46 manat borcun və 34,83 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 12 fevral 2025-ci il tarixli müqavilədən görünür ki, İMEİ KODU **********50126 olan “SAMSUNG GALAXY A16” markalı və İMEİ KODU **********46560 olan “XİAOMİ REDMİ 13” markalı iki ədəd telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 22 fevral 2025-ci il tarixli müqavilədən görünür ki, “HOFFMANN” tv, “HOFFMANN” caynik və ”FRİTOZ BEKO” markalı üc ədəd avadanlıq alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 23 fevral 2025-ci il tarixli müqavilədən görünür ki, bir ədəd “FEN YOURS” markalı saçqurudan alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 26 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 12 fevral 2025-ci il, 22 fevral 2025-ci il, 23 fevral 2025-ci tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan İnnovativ Layihələr Mərkəzinin 04 avqust 2025-ci il tarixli təhvil-təslim aktından və 03 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh müqavilə əsasında satılmış İMEİ KODU **********46560 olan “XİAOMİ REDMİ 13” markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. İşdə olan 03 sentyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 fevral 2025-ci il tarixli müqavilə üzrə 350,04 manat və 320,04 manat olmaqla 670,08 manat əsas borc, 35 manat və 32 manat olmaqla 67 manat cərimə, cəmi 737,08 manat, 22 fevral 2025-ci il tarixli müqavilə üzrə 544,20 manat əsas borc, 54,42 manat cərimə, cəmi 598,62 manat və 23 fevral 2025-ci tarixli müqavilə üzrə 111,96 manat əsas borc, 11,20 manat cərimə, cəmi 123,16 manat borc olmaqla hər üç müqavilə üzrə ümumi olaraq 1326,24 manat əsas borc, 132,62 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat, ümumilikdə 1482,46 manat borcu vardır. Cavabdeh hər üç müqvilə üzrə cəmi 122 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh 35 manat ilkin ödəniş edərək 12 ay müddətinə hər ay 29,17 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 385,04 manat məbləğində İMEİ KODU **********50126 olan “SAMSUNG GALAXY A16” markalı və 32 manat ilkin ödəniş edərək 12 ay müddətinə hər ay 26,67 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 352,04 manat məbləğində İMEİ KODU **********46560 olan “XİAOMİ REDMİ 13” markalı iki ədəd telefon, 22 fevral 2025-ci il tarixli müqaviləyə əsasən 45 manat ilkin ödəniş edərək 12 ay müddətinə hər ay 45,35 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət daxil olmaqla ümumi dəyəri 589,20 manat məbləğində “HOFFMANN” tv, “HOFFMANN” caynik, ”FRİTOZ BEKO” markalı üc ədəd avadanlıq və 23 fevral 2025-ci il tarixli müqaviləyə əsasən 10 manat ilkin ödəniş edərək 12 ay müddətinə hər ay 9,33 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət daxil olmaqla ümumi dəyəri 121,96 manat məbləğində bir ədəd “FEN YOURS” markalı saçqurudan almışdır. Lakin Cavabdeh müqavilələr üzrə tam ödəniş etməmiş və nəticədə 12 fevral 2025-ci il tarixli müqavilə üzrə 350,04 manat və 320,04 manat olmaqla, cəmi 670,08 manat, 22 fevral 2025-ci il tarixli müqavilə üzrə 544,20 manat və 23 fevral 2025-ci tarixli müqavilə üzrə 111,96 manat olmaqla ümumi olaraq 1326,24 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqaviləyə əsasən İMEİ KODU **********46560 olan “XİAOMİ REDMİ 13” markalı telefonun açılıb bağlanılması xidmətinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 12 fevral 2025-ci il tarixli müqavilə üzrə 35 manat və 32 manat olmaqla cəmi 67 manat, 22 fevral 2025-ci il tarixli müqavilə üzrə 54,42 manat, 23 fevral 2025-ci il tarixli müqavilə üzrə 11,20 manat olmaqla ümumilikdə 132,62 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 12 fevral 2025ci il, 22 fevral 2025-ci il və 23 fevral 2025-ci tarixli müqavilələr üzrə ümumilikdə 1326,24 manat əsas borc, 132,62 manat cərimə, innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla cəmi 1482,46 manat borcun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 12 fevral 2025-ci il, 22 fevral 2025-ci il, 23 fevral 2025-ci tarixli müqavilələr üzrə 1326,24 manat əsas borcun və 132,62 manat cərimənin və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 1482,46 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 12 fevral 2025-ci il tarixli müqavilə üzrə 35 manat və 32 manat olmaqla cəmi 67 manat manat, 22 fevral 2025-ci il tarixli müqavilə üzrə 54,42 manat, 23 fevral 2025-ci il tarixli müqavilə üzrə 11,20 manat məbləğində hesablanan dəbbə pullarının (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı müvafiq olaraq 30 manat, 25 manat, 5 manat olmaqla ümumilikdə 60 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 12 fevral 2025-ci il, 22 fevral 2025-ci il və 23 fevral 2025-ci il tarixli müqavilələr üzrə 1326,24 manat əsas borc və 60 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla cəmi 1409,84 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 08 sentyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 34,83 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34,83 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 12 fevral 2025-ci il tarixli müqavilə üzrə 670,08 manat əsas borc, 30 manat cərimə, 22 fevral 2025-ci il tarixli müqavilə üzrə 544,20 manat əsas borc, 25 manat cərimə və 23 fevral 2025-ci tarixli müqavilə üzrə 111,96 manat əsas borc, 5 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 1409 (bir min dörd yüz doqquz) manat 84 (səksən dörd) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34 (otuz dörd) manat 83 (səksən üç) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1438/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1438/2025
17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver