Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1448/2023 27.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 yanvar 2023-cü il tarixli BRH000225 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 200 manat əsas borcun, 30 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, “X1” ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2023-cü il tarixli BRH000225 saylı nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh 220 manat dəyərində nisyə aldığı mala görə 20 manat ilkin ödəniş etmiş, qalan 200 manat borcu isə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 3 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X1” arasında bağlanmış faktorinq müqaviləsinə və ona əlavə edilmiş sazişə əsasən fiziki şəxs “X1”in Cavabdeh qarşı olan 200 manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, lakin cavabdeh aldığı mala görə borcunu tam ödəməmiş və nəticədə iddiaçıya 200 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 30 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 200 manat əsas borcun, 30 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 09 yanvar 2023-cü il tarixli, BRH000225 saylı nisyə alqı satqı müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə ilə Cavabdeh “X1”dən 20 manat ilkin ödəniş olmaqla, 220 manat dəyərində olan geyimi nisyə şəkildə almış və həmin malın dəyərini aylıq 67 manat, sonuncu ay 66 manat olmaqla, 3 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 09 yanvar 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 220 manat dəyərində olan “ifone 6s” məhsulunu “X1”dən təhvil almışdır. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X1” arasında bağlanmış 08 aprel 2021-ci il tarixli tələbin güzəşti barədə R-759/21 saylı faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə edilmiş 02 fevral 2023-cü il tarixli R-7xx/xx-0116 saylı sazişdən görünür ki, “X1”in Cavabdeh və digər borclulardan borcunu tələb etmək hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. İşdə olan 09 oktyabr 2023-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh 09 yanvar 2023-cü il tarixli, BRH000225 saylı nisyə alqı satqı müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 09 oktyabr 2023-cü il tarixə ödənilməmiş 200 manat əsas borcu, 30 manat cərimə, cəmi 230 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Həmin Məcəllənin 657.2-ci maddəsinə əsasən faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir. Həmin Məcəllənin 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, “X1” ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2023-cü il tarixli, BRH000225 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 220 manat dəyərində nisyə aldığı mala görə 20 manat ilkin ödəniş etmiş, qalan 200 manat borcu isə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 3 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X1” arasında bağlanmış faktorinq müqaviləsinə və ona əlavə edilmiş sazişə əsasən fiziki şəxs “X1”in Cavabdeh qarşı olan 200 manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, lakin cavabdeh aldığı mala görə borcunu tam ödəməmiş və nəticədə iddiaçıya 200 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 30 manat cərimə hesablanmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 200 manat əsas borc və 30 manat cərimə, cəmi 230 manat borcun Cavabdeh alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 200 manat əsas borc və 30 manat cərimə, cəmi 230 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 200 manat əsas borc, 30 manat cərimə, cəmi 230 manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 200 manat əsas borc, 30 manat cərimə, cəmi 230 (iki yüz otuz) manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1448/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1448/2023
27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver