Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1458/2024 06.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə 191.99 manat əsas, 20 manat cərimə borcu, 131.99 manat əsas, 10 manat cərimə borcu, 130.49 manat əsas, 10 manat cərimə borcu və 680.99 manat əsas, 70 manat cərimə borcu olmaqla ümumilikdə 1245.49 manat məbləğində borcun və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1278.49 manat məbləğində pulun tutulması barədə qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehilə İddiaçı (VÖEN:**********02) arasında imzalanmış xx.xx.2022 -ci il tarixli, 37120 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 575.99 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 32 manatməbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi, xx.xx.2022 -ci il tarixli, 38038 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 649.99 manatməbləğində məişət avadanlığını kreditlə aylar üzrə 38 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 17 ay müddətində ödəməyi, xx.xx.2023 -ci il tarixli, 40087 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 402.49 manatməbləğində məişət avadanlığını kreditlə aylar üzrə 34 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi Və xx.xx.2023 -ci il tarixli, 44771 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 719.99 manatməbləğində məişət avadanlığını kreditlə aylar üzrə 40 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics”arasında bağlamış olduğu xx.xx.2022 -ci il tarixli, 37120 saylı, xx.xx.2022 -ci il tarixli, 38038 saylı, xx.xx.2023 -ci il tarixli, 40087 saylı və xx.xx.2023 -ci il tarixli, 44771 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq Dövlət rüsumunun ödənilməsi haqqında məlumat o “ERA Electronics”-ə olan borcunu uzun müddətdir kimüqavilələrə əsasən müəyyən edilmiş qrafiklər üzrə ödəməmişdir. Hazırkı müqavilənin 9.1-ci bəndinə əsasən Alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu Müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1(bir) aydan çox gecikdirdikdə, Satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissə-hissə ödənilməsimüəyyən edilmiş məbləği tam şəkildə Alıcıdan geri tələb etsin. Borclu sonuncu dəfə xx.xx.2024 -cu il tarixdə 100 (AZN)manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qedər heç bir ödəniş etməmişdir. Hazırda Borclunun yuxarıdakı müqavilələr üzrə müvafiq olaraq “ERA Electronics”-ə olan borcu191.99 manat əsas, 20 manat cərimə borcu, 131.99 manat əsas, 10 manat cərimə borcu, 130.49 (AZN) Azərbaycan manatı əsas, 10 manat cərimə borcu və 680.99 manat əsas, 70 manat cərimə borcu olmaqla ümumilikdə 1245.49 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2022 -ci il tarixli, 37120 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 575.99 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 32 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022 -ci il tarixli, 38038 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 649.99 manatməbləğində məişət avadanlığını kreditlə aylar üzrə 38 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 17 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023 -ci il tarixli, 40087 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə402.49 manatməbləğində məişət avadanlığını kreditlə aylar üzrə 34 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023 -ci il tarixli, 44771 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə719.99 manatməbləğində məişət avadanlığını kreditlə aylar üzrə 40 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 09 oktyabr 2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2022ci il tarixli 37120 saylı müqavilə üzrə Cavabdeh iddiaçıya 191,99 manat əsas borc, 20 manat cərimə borcu, cəmi 211,99 manat borcu vardır. xx.xx.2022-ci il tarixli 38038 saylı müqavilə üzrə Cavabdeh iddiaçıya 131,99 manat əsas, 10 manat cərimə borcu olmaqla cəmi 141,99 manat borcu vardır.xx.xx.2023-cü il tarixli 40087 sayl müqavilə üzrə Cavabdeh iddiaçıya 130,49 manat əsas, 10 manat cərimə borcu olmaqla cəmi 140,49 manat borcu vardır.xx.xx.2023-cü il tarixli 44771 saylı müqavilə üzrə Cavabdeh iddiaçıya 680,99 manat əsas, 70 manat cərimə borcu olmaqla, cəmi 750,99 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdehilə İddiaçı (VÖEN:**********02) arasında imzalanmış xx.xx.2022 -ci il tarixli, 37120 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 575.99 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 32 manatməbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi, xx.xx.2022 -ci il tarixli, 38038 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 649.99 manatməbləğində məişət avadanlığını kreditlə aylar üzrə 38 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 17 ay müddətində ödəməyi, xx.xx.2023 -ci il tarixli, 40087 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 402.49 manatməbləğində məişət avadanlığını kreditlə aylar üzrə 34 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi Və xx.xx.2023 -ci il tarixli, 44771 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 719.99 manatməbləğində məişət avadanlığını kreditlə aylar üzrə 40 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics”arasında bağlamış olduğu xx.xx.2022 -ci il tarixli, 37120 saylı, xx.xx.2022 -ci il tarixli, 38038 saylı, xx.xx.2023 -ci il tarixli, 40087 saylı və xx.xx.2023 -ci il tarixli, 44771 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq Dövlət rüsumunun ödənilməsi haqqında məlumat o “ERA Electronics”-ə olan borcunu uzun müddətdir kimüqavilələrə əsasən müəyyən edilmiş qrafiklər üzrə ödəməmişdir. Hazırkı müqavilənin 9.1-ci bəndinə əsasən Alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu Müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1(bir) aydan çox gecikdirdikdə, Satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissə-hissə ödənilməsimüəyyən edilmiş məbləği tam şəkildə Alıcıdan geri tələb etsin. Borclu sonuncu dəfə xx.xx.2024 -cu il tarixdə 100 (AZN)manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qedər heç bir ödəniş etməmişdir. Hazırda Borclunun yuxarıdakı müqavilələr üzrə müvafiq olaraq “ERA Electronics”-ə olan borcu191.99 manat əsas, 20 manat cərimə borcu, 131.99 manat əsas, 10 manat cərimə borcu, 130.49 (AZN) Azərbaycan manatı əsas, 10 manat cərimə borcu və 680.99 manat əsas, 70 manat cərimə borcu olmaqla ümumilikdə 1245.49 manat təşkil edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh ümumilikdə 1245,49 manat borcun və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1278,49 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 37120 saylı nisyə alqı-satqı müqaviləsinə, xx.xx.2022-ci il tarixli 38038 saylı nisyə alqı-satqı müqaviləsinə, xx.xx.2023-cü il tarixli 40087 saylı nisyə alqı-satqı müqaviləsinə və xx.xx.2023-cü il tarixli 44771 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən hesablanmış ümumilikdə 1245,49 manat pul alınaraq İddiaçı ödənilməlidir. İşdə olan 24 oktyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 33 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 191.99 manat əsas, 20 manat cərimə borcu,131.99 manat əsas, 10 manat cərimə borcu, 130.49 manat əsas, 10 manat cərimə borcu və 680.99 manat əsas, 70 manat cərimə borcu olmaqla ümumilikdə 1245.49 manat məbləğində borcun və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1278,49 (bir min iki yüz yetmiş səkkiz manat qırx doqquz qəpik) manat alınaraq İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №e-2(055)-1458/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1458/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver