Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1459/2024 20.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli - 310829 saylı müqavilə üzrə 250 AZN əsas borc, 137 AZN cərimə borcu və xx.xx.2023-cü il tarixli - 310828 saylı müqavilə üzrə 260 AZN əsas borc, 137 AZN cərimə borcu, ümumilikdə 784 AZN borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixində - 310829 saylı və xx.xx.2023-cü il tarixində - 310828 saylı alqı satqı müqaviləsi imzalanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, İddiaçı MMC Cavabdeh ilkin ödəniş 15 AZN olmaqla, kreditlə 12 ay 25,00 AZN hissə-hissə ödəmək şərtilə 1 ədəd 315 manat məbləğində ətçəkən maşın və ilkin ödəniş 11 AZN olmaqla, kreditlə 6 ay 30,00 AZN, 2 ay 28,00 AZN, 1 ay 29,00 AZN, 3 ay 25,00 AZN hissə-hissə ödəmək şərtilə 1 ədəd 340 manat məbləğində Mikrodalğalı soba satmışdır. Lakin Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməyərək, 310829 saylı alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 25 AZN ödəniş etmiş, 310828 saylı alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024- cü il tarixdə 20 AZN ödəniş etmiş, xx.xx.2024-cü il tarixdən bu günədək heç bir ödəniş etməmişdir, bunun nəticəsində İddiaçı MMC-yə ətçəkən maşına görə əsas borc üzrə 250 manat, hər gecikdiyi gün üçün faiz üzrə 137 manat, mikrodalğalı sobaya görə əsas borc üzrə 260 manat, hər gecikdiyi gün üçün faiz üzrə 137 manat borcu yaranmışdır. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2023-cü il tarixli - 310829 saylı və xx.xx.2023-cü il tarixli - 310828 saylı alqı satqı müqaviləsi müqaviləsinin şərtlərinə əsasən, İddiaçı MMC Cavabdeh ilkin ödəniş 15 AZN olmaqla, kreditlə 12 ay 25,00 AZN hissə-hissə ödəmək şərtilə 1 ədəd 315 manat məbləğində ətçəkən maşın və ilkin ödəniş 11 AZN olmaqla, kreditlə 6 ay 30,00 AZN, 2 ay 28,00 AZN, 1 ay 29,00 AZN, 3 ay 25,00 AZN hissə-hissə ödəmək şərtilə 1 ədəd 340 manat məbləğində Mikrodalğalı soba satmışdır. İşdə olan 07 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli - 310829 saylı müqavilə üzrə 250 AZN əsas borc, 137 AZN cərimə borcu və xx.xx.2023-cü il tarixli - 310828 saylı müqavilə üzrə 260 AZN əsas borc, 137 AZN cərimə borcu, ümumilikdə 784 AZN borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdehnqa qarşı hazırki iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən xx.xx.2023-cü il tarixli - 310829 saylı müqavilə üzrə 137 AZN və xx.xx.2023-cü il tarixli - 310828 saylı müqavilə üzrə 137 AZN dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı hər bir müqavilə üzrə 20 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli - 310829 saylı və xx.xx.2023-cü il tarixli - 310828 saylı müqavilələr üzrə ümumilikdə 510 AZN əsas borc, 40 AZN cərimə borcu, cəmi 550 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli - 310829 saylı və xx.xx.2023-cü il tarixli - 310828 saylı müqavilələr üzrə ümumilikdə 510 AZN əsas borc, 40 AZN cərimə borcu, cəmi 550(beş yüz əlli) manat borc pul alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1459/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1459/2024
20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver