Məhkəmə qərarları › İş №e-2(055)-1483/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1483/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1483/2025 27.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 241,50 manat əsas borcun, 24,15 manat cərimənin, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat olmaqla, cəmi 289,25 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh 150 manat ilkin ödəniş edərək 12 ay müddətinə hər ay 37,50 manat ödəməyi öhdəsinə götürməklə, iddiaçıdan ümumi dəyəri 600 manat məbləğində bir ədəd İMEİ KODU **********15740 olan “HONOR 200 LİTE” markalı telefon almışdır. Lakin Cavabdeh müqavilə üzrə tam ödəniş etməmiş və nəticədə 11 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 241,50 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqaviləyə əsasən İMEİ KODU **********15740 olan “HONOR 200 LİTE” markalı telefonun açılıb bağlanılması xidmətinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 24,15 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 11 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 241,50 manat əsas borc, 24,15 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat, cəmi 289,25 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 11 sentyabr 2024-cü il tarixli, 04008447 saylı müqavilədən və ona əlavədən görünür ki, ümumi dəyəri 600 manat məbləğində bir ədəd İMEİ KODU **********15740 olan “HONOR 200 LİTE” markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 08 sentyabr 2025-ci il tarixli arayış və İnnovativ Layihələr Mərkəzinin 03 sentyabr 2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh müqavilə əsasında satılmış İMEİ KODU **********15740 olan “HONOR 200 LİTE” markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. İşdə olan 05 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 11 sentyabr 2024-cü il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 08 sentyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 11 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 241,50 manat əsas borc, 24,15 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum olmaqla cəmi 289,25 manat pul məbləğini ödəməmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh 150 manat ilkin ödəniş edərək 12 ay müddətinə hər ay 37,50 manat ödəməyi öhdəsinə götürməklə, iddiaçıdan ümumi dəyəri 600 manat məbləğində bir ədəd İMEİ KODU **********15740 olan “HONOR 200 LİTE” markalı telefon almışdır. Lakin Cavabdeh müqavilə üzrə tam ödəniş etməmiş və nəticədə 11 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 241,50 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqaviləyə əsasən İMEİ KODU **********15740 olan “HONOR 200 LİTE” markalı telefonun açılıb bağlanılması xidmətinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 24,15 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 11 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 241,50 manat əsas borc, 24,15 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat, cəmi 289,25 manatın tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 11 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 241,50 manat əsas borcun, 24,15 manat cərimənin, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manatın alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən müqavilə üzrə tələb olunan 24,15 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 11 sentyabr 2024-cü il tarixli, 04008447 saylı müqaviləyə əsasən 241,50 manat əsas borc, 10 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat, cəmi 275,10 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 12 sentyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsümu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsümu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 11 sentyabr 2024-cü il tarixli 04008447 müqaviləyə əsasən 241,50 manat əsas borc, 10 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat, cəmi 275 (iki yüz yetmiş beş) manat 10 (on) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsümu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar